Yuxarı

COP29-un nəqliyyat icarəsi üzrə məsul tərəfdaşı...

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
COP29-un nəqliyyat icarəsi üzrə məsul tərəfdaşı...

COP29 iştirakçıları üçün avtomobillərin icarəsi xidmətini təmin etmək məqsədilə “Rent a Car Baku” şirkəti COP29 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat vasitələrinin icarəsi üzrə tərəfdaşı seçilib.

Bu il 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 beynəlxalq iqlim konfransında iştirak etmək məqsədilə ölkəmizə gələcək çoxsaylı qonaqların nəqliyyat seçimi ilə bağlı rahatlığını təmin etmək məqsədilə avtomobillərin icarəsi xidməti də təqdim olunur. Belə ki, COP29 müddətində qonaqların nəqliyyat vasitələri ilə təmin edilməsi və bu istiqamətdə daxil olan sorğuların operativ idarə olunması üçün rəsmi tərəfdaş seçilmiş “Rent a Car Baku” şirkəti qonaqlar üçün sedan, hetçbek, biznes klas avtomobillər, mikroavtobus, avtobus və yolsuzluq siniflərindən olan avtomobillər də daxil olmaqla hər büdcəyə uyğun geniş nəqliyyat vasitələri seçimi təklif edir. Bundan əlavə, təkliflər çərçivəsində sürücü xidməti də əlavə seçim kimi təqdim olunur.

Böyük ziyarətçi axının gözlənildiyi tədbir müddətində seçim məhdudiyyətləri ilə üzləşməmək üçün http://www.rentacarbaku.az portalı üzərindən rezervasiyaların əvvəlcədən tamamlanması tövsiyə edilir. Qeyd edək ki, daha geniş heyətlə təmsil olunan nümayəndələr uyğun nəqliyyat vasitələri üzrə qrup rezervasiya sifarişləri üçün həmçinin şirkətlə birbaşa əlaqə saxlaya bilərlər. Onu da qeyd edək ki, COP29 iştirakçıları “Rent a Car Baku” rəsmi tərəfdaşla yanaşı alternativ şirkətlərin xidmətlərini də seçməkdə sərbəstdirlər.

Rezervasiya prosesi ilə bağlı əlavə suallar [email protected] ünvanına yönləndirilə bilər.

Tarix
2024.10.26 / 13:16
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Almaniyada səfərdədir - Foto

Azərbaycan müstəqil siyasi kurs həyata keçirir

Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü... - Video

“Mehdiyev işi”ndə kritik ad: “Şərq-Qərb” kimindir?

Nümayəndə heyətimiz quru yolla İrəvana getdi - İlk dəfə

İşarə verildi, bu şəxslər də həbs ediləcək

Allahşükür Paşazadə Betsi Berns Kornla görüşdü

Fuad Qəhrəmanlının DTX-yə cavabı: Video necə çəkilib?

Azərbaycan və Rusiya aktual məsələləri müzakirə etdi

“Zəngəzur Orta Dəhlizə rəqibdir” deyənlər... - Mamaladze

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla