Yuxarı

Elektromobillər problem yaradır – Sürücülərdən narazılıq

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elektromobillər problem yaradır – Sürücülərdən narazılıq

Ölkəmizdə elektromobillərə maraq günbəgün artır. Azərbaycanda avtomobil bazarına yeni daxil olduğu üçün elekttomobillər insanlarda maraq yaradır.

Axar.az xəbər verir ki, bəzi sürücülər böyük xərc çəkib maşın alarkən bir çox müsbət tərəflərinə görə elektromobil seçsələr də, peşman olduqlarını deyiblər.

Belə ki, yayda avtomobili sürmək rahat olsa da, yağışlı günlərdə onların maksimum gediş məsafəsi aşağı düşür. Bu da sürücülərin mənzil başına çatmasında problemlər yaradır.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Bizim.Media”ya bildirib ki, elektromobil alarkən diqqət edilməli məqamlar var:

"Belə hallarla rastlaşmamaq üçün alıcılar həmin maşının Azərbaycana rəsmi qaydada gətirilib-gətirilmədiyinə diqqət etməlidirlər. Əsasən də həmin avtomobilin Azərbaycanda ehtiyat hissələrinin, servis mərkəzinin olub-olmadığına fikir verməlidirlər”.

O qeyd edib ki, Azərbaycanda elektromobilə maraq çox olsa da, tələbat azdır. Buna səbəb də hələ ölkəmizdə elektromobillərə tam keçidin mümkün olmamasıdır:

"Elektromobillər üçün enerji doldurma məntəqələrinin sayı azdır, bu da sürücülərə çətinlik yaradan başqa bir amildir”.

Tarix
2024.10.27 / 17:46
Müəllif
Axar.az
Digər xəbərlər

BTQ-nin beynəlxalq gənclər platformasına 40 ölkə qoşuldu

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla