Yuxarı

Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır

Cəmiyyətimizdə müxtəlif avtomobil markalarına geniş maraq olduğu kimi, onların nömrələrinə də xüsusi diqqət var. Xüsusən gənc sürücülər arasında maşın nömrələrində eyni hərfin və rəqəmin təkrar olunması cəlbedici hesab olunur. Bu kimi səbəblərdən bir çox hallarda fantastik qiymətlərə dövlət nişan nömrələrinə rast gəlmək olur.

Axar.az xəbər verir ki, Yenisabah.az satış saytlarında ən yüksək məbləğlərə təklif olunan avtomobil nömrələrini araşdırıb.

Elanlara nəzər yetirdikdə nişan nömrələrinin minimum 500 manatdan başlayıb, 100 min manatadək davam etdiyini görmək olar. Rəqəm və hərf təkrarının daha çox olması nömrələrin qiymətini artıran əsas faktor hesab olunur. Nisbətən sadə görünən və daha çox qarışıq simvollardan ibarət olan nişanlar isə ucuzdur. Məsələn, saytların birində qarşımıza çıxan 10 BB 200 nömrə nişanı 55 min dollara təklif olunur. Digər bir elanda dərc olunan 10 GG 666 yazılı nömrə isə 60 min manatdır.

Görünən odur ki, bu cür bahalı nömrələrə tələbat da həddən çoxdur. Araşdırmamız onu göstərdi ki, hətta yuxarıda sadaladığımız qiymətlərdən dəfələrlə daha baha təklif olunan maşın nömrələri də olub. Maraqlısı isə odur ki, bu tendensiya dünyanın demək olar ki, heç bir yerində yoxdur. Belə nömrələrin qiymətinə ən lüks maşın, hətta tam təmirli ev də almaq mümkündür. Bu nümunədən də bəlli olur ki, hansısa məhsulun qiymətinin onu keyfiyyəti deyil, ona olan tələb müəyyən edir.

Tarix
2024.11.02 / 14:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla