Yuxarı

Bakıda yenilik: eyvanlar kirayə verilir – Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda yenilik: eyvanlar kirayə verilir – Foto

Bakıda keçiriləcək Formula-1 Avropa Qran Prisinin başlamasına az vaxt qalıb.

ANS-in məlumatına görə, yarışa idmançı və təşkilatçılarla yanaşı, yarış keçiriləcək ərazidə mənzili olan sakinlər də hazırlaşırlar.

Əlbəttə, belə əlverişli yerdə mənzili olan insanın yarışı bir tamaşaçı kimi izləməməsi təəccübləndirərdi. Bəzi sakinlər isə yarışı təkcə seyr etmək yox, həm də bu yarışdan pul qazanmaq istəyirlər.

Biletlərin qiyməti 29 manatdan başlayan yarışa paralel "bilet satışı"na start verilib. Paytaxt sakinləri bolidlərin keçəcəyi küçələrə baxan eyvanları olan mənzillərini kirayə verməyə başlayıblar. Daha dəqiq, mənzilin eyvanını kirayə verirlər.

Sosial şəbəkələrdə verilən elanlardan bir günlük eyvan kirayəsinin qiymətinin hətta 500 manata çatdığı da bəlli olur. Eyvan sahibləri kirayəşin-tamaşaçıları qəlyənaltı və spirtsiz içkilərlə də təmin olunmasını öhdələrinə götürürlər.

Nə qədər qəribə səslənsə də, bu biznes artıq dünyada dəb halına çevrilib. Fransa, İspaniya, Braziliya, Almaniya və digər beynalxalq turnirlərin keçirildiyi ölkələrdə evlərin eyvanlarını kirayə verirlər. Bunun nə qədər qanuni olması çoxlarını narahat etmir.

Tarix
2016.05.06 / 10:54
Müəllif
Axar.az
Digər xəbərlər

Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

Nəcibə Nəsibova bu universitetə rektor təyin olundu

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

İranın AzTV-yə qarşı addımı ilə bağlı bəyanat yayıldı

Bu türk ölkəsi ilə 5 ildə ticarət 13 dəfə artıb

Fransanın bu bəyanatları qəbuledilməzdir - XİN

KMBİ fişinq şəbəkəsinin daha iki üzvü saxlanıldı - DİN

İlham Əliyev bu liderlərlə Qolf Klubunun açılışında - Foto

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur

Çolpon-Atada Əliyevin səfərinə həsr olunmuş banner

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla