Yuxarı

Bakı avtosalonları qaydaları dəyişdi – Qiymətlər

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı avtosalonları qaydaları dəyişdi – Qiymətlər

Ölkədə avtomobil şirkətləri anbarda qalan avtomobilləri satmaq üçün satış şərtlərini dəyişməyə məcbur olub.

Axar.az xəbər verir ki, lizinq və kreditlə satılan avtomobillərdə ilkin ödənişi azaldılır, endirim və hədiyyələr təklif edilir.

Avtomobil şirkətlərindən fins.az-a verilən məlumata görə, artıq 2016-cı ilə aid yeni modellər satışa çıxarılmağa başlayıb. Belə olan halda əldə qalan 2014-2015-ci il model avtomobillərin tez satılması üçün satış şərtləri yumlaşdılır.

Çin maşınlarında ilkin ödəniş 10%-ə kimi azaldılıb

Çin avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı "Sirena Motors" avtomobilləri lizinqlə satışında dəyişikliklər edib. Belə ki, aprel ayından etibarən çin maşınları artıq 15% ilkin ödənişlə deyil, 10%-lə təklif edilir. Qalan ödəniş isə avtomobilin markasından aslı olaraq dəyişir. Məsələn, "Çanqan Benni Mini" avtomobilini lizinqlə almaq istəyənlər 2335 ilkin ödəniş edərək, qalan məbləği ayda 223 manat ödəməklə avtomobili əldə də bilərlər. Şirkətdən verilən məlumata görə, avtomobillərin 80-85%-i lizinqlə satılır. Ona görə, müştəri cəlb etmək üçün hazırda lizinq şərtləri yumlaşdılır.

3 aylıq kredit bizdən

Yapon avtomobillərinin satışını həyata keçirən "Qrup Motors" şirkəti də yeni kampaniyaya başlayıb. "Honda", "Mitsubişi", "Subaru" və "Mazda" avtomobillərindən birini alsanız, ilk 3 ayın kreditini şirkət ödəyəcək. Məsələn, hazırda 2015-ci il model "Honda CRV" avtomobili 47.850 manata satılır. Müştəri ödənişin yarısını – 23.925 manatı, 2 illik kasko xərci (2201 manat) və bank xərci (239 manat) daxil olmaqla ümumilikdə 26.365 manatı əvvəlcə ödəyir. Qalan hissə isə illik 18 %-lə kreditlə ödənilir. 2 illik kredit üzrə aylıq ödəniş 1194 manat təyin edilir. Şirkət iyun, iyul, avqust ayları üzrə bank kreditini, yəni 3582 manatı hədiyyə etdiyini deyir. Şirkətin satış meneceri Rəşid Xəlilov bildirib ki, yeni kampaniya hazırda salonda ötən ilə aid avtomobillərin tez satılması üçün həyata keçirilir: "Artıq 2016-cı il model yeni avtmobillər gətirilir. Ona görə də, ötən ildən qalan avtmobillər daha tez satılmalıdır".

3 illik kasko sığorta və 1 illik servisi hədiyyə edilir

"Nurgun Motors" da bəzi avtomobillərlə bağlı satış şərtlərini dəyişib. Şirkətdən verilən məlumata görə, əvvəl kreditlə satılan "Nissan Juk" modelini hazırda 4900 manat ilkin ödənişlə 3 illik lizinq şərtləri ilə almaq olar. Aylıq ödəniş 503 manat təşkil edir. Avtomobili alan müştərilərə 3 illik kasko sığorta və 1 illik servis hədiyyə edilir.

Bu modellər 2 min manat ucuzlaşdı

2014-2015-ci ilin "Nissan Sanni" modelləri 1000-2000 manat endirimlə satılır. Məsələn, əvvəl 16.900 manata satılan əlavə təhcizatlı 2014-cü il modellər 14900 manata, 2015-ci il model "Nissan Sanni"lər isə 15.900 manata təklif edilir.

Rus maşınları lizinqlə

Ötən aydan etibarən Rusiya istehsalı olan maşınların lizinqlə satışına start verilib. Avtomobillərin Azərbaycanda rəsmi idxalçısı "Xəzər Lada" şirkətindən verilən məlumata görə, artıq "Qranta", "Kalina" və universal "Priora" modellərini lizinqlə almaq mümkündür. 2500 manat ilkin ödənişlə, 3 illik lizinq şərti ilə bu avtomobillləri almaq olar. Aylıq ödəniş isə 313 manat təşkil edir.

"Reno"lar 1000 manat ucuzlaşdı

"Renault Azərbaycan" da həm satış şərtlərini dəyişib, həm də bəzi modelləri ucuzlaşdırıb. Şirkətdən verilən məlumata görə, avtomobillərin lizinqlə satışında müştərilərə güzəşt edilir. "Reno" avtomobillərini alanlar artıq 4000 manat deyil, 2500 ilkin ödəniş edəcəklər. Aylıq ödənişlər isə 500 manatdan başlayır. Bundan əlavə, avtomobil alanlara bir illik icbari sığorta, bank xərci və nömrə hədiyyə edilir. Bəzi modellərin nağd satış qiymətləri 1000 manata qədər azalıb. Məsələn, sadə komplektasiyalı "Reno Loqan" modeli artıq 15.500 manata deyil, 14.500 manata təşkil edilir. Tam təchizatlı 2015-ci il model avtomobil isə 18.900 manatdan 17.900 manata kimi ucuzlaşıb.

"Cip"lər 17 min manat ucuzlaşdı

Hazırda iri həcmli mühərrikli avtomobillərin bazarının "ölməsi" şirkətləri də qiymətləri aşağı salmağa vadar edib. Məsələn, "Auto Azerbaijan" şirkəti kreditlə satışda dəyişiklik etməsə də, bəzi avtmobilləri xeyli ucuzlaşdırıb. Söhbət iri mühərrikli "Cip" və "Dodc" avtomobillərindən gedir. Şirkətin satış nümayəndəsi Emin Dadaşov bildirib ki, aprel ayından etibarən "Cip" modelləri 7-17 min manat ucuzlaşıb. Məsələn, 3.6 l mühərrikli 2015-ci il model tam təchizatlı "Qrand Şirok" avtomobili 7 min manat ucuzlaşıb - bir ay əvvəl 78 min manata satılan avtmobil indi 71 manata təklif edilir. Ən böyük ucuzlaşma isə 2015-ci il model "Ranqler" avtomobilində müşahidə edilir. Sadə təchizatlı avtmobil nə az, nə çox, 17 min manat endirimlə satılır - 66 min manatlıq avtomobil 49 manata kimi ucuzlaşıb. 3.6 l mühərrikli "Dodc Duranqo" isə 4 min manat ucuzlaşıb - 78 min manata satılan avtmobil indi 74 min manata təklif edilir.

Tarix
2016.05.06 / 15:12
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Azərbaycan mühüm tərəfdaş olaraq qalır - Kallas

Əli Əsədov Qazaxıstanda səfərdədir

Latviya Prezidenti Azərbaycana gəldi

MM sədri MakKormak ilə sülh prosesini müzakirə etdi

Urmiya gölü haqda sevindirici xəbər

Meloni Azərbaycana bu tarixdə gələcək

Bu, Azərbaycanla münaqişənin başlaması deməkdir...

Bu qətnamələr tamamilə qərəzlidir - Deputat

Ermənistana dizel daşıyan qatar Biləcəridən yola düşdü

Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla