Yuxarı

Nazir qardaşlarının avtomobilləri – Fotolar

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir qardaşlarının avtomobilləri – Fotolar

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun oğlunun var-dövləti haqqında yayılan xəbərlər və İbrahimov qardaşlarının bu xəbəri iranik təkzibləməsi Azərbaycanın bu məşhur ailəsini bir daha diqqətə gətirdi və onların real maşınlarına maraq yaratdı.

Əvvəlcə qeyd edək ki, Nazim İbrahimovdan başqa Tağı və Sahib İbrahimovlar da Azərbaycan cəmiyyətində tanınır. İş adamı kimi daha çox gündəmdə olan isə təbii ki, "Avesta" konserninin 100 milyardlıq layihəsi ilə daha da məşhurlaşan Hacı İbrahim Nehrəmlidir. Ailənin biznes və vəzifə karyerasının qurulmasında böyük qardaş Hacı İbrahimin müstəsna rolu olduğu deyilir.

ATV kanalının keçmiş əməkdaşı Sahib İbrahimovun da hazırda bizneslə məşğul olması Hacı İbrahimlə bərabər, onun da imkanlarının üzə çıxmasına heç bir narahatlıq yaratmır.

Beləliklə, bahalı maşınla gündəmə gəlmək narahatlığı olmayan Hacı İbrahim və Sahib İbrahimovun hərəsinin bir "Rolls Royce Phantom" (Eksklüziv variant) avtomobili var: ağ rəngilisi Sahibdə, qara rənglisi isə Hacı İbrahimdədir.

Bu maşının qiyməti 300-400 min olaraq qiymətləndirilir.

Hacı İbrahimin bundan başqa "Bentley Mulsanne", "Land Rover Range Rover (2014-cü il model", "Lincoln Navigator", "Toyota Land Cruiser Mercedes-benz Viano" maşını var. Bütün maşınları "eksklüziv modellər"dir. Xüsusi sifarişlə hazırlanıb.

250-300 min manat arasında qiymətləndirilən "Land Rover Range Rover (2014-cü il model" eksklüziv salonla, aikantaro dəri ilə yığılıb (Şəkildə görünür).

Hacı İbrahimin maşınlarının nömrəsi "480", Sahib İbrahimovun isə "320"-dir.

Tarix
2014.02.18 / 23:15
Müəllif
Axar.az
Digər xəbərlər

Sərdar Cəlaloğlu gözünün içinə qədər yalan deyir

Sülh körpüsü: Altı istiqamət üzrə komitələr yaradılacaq

Estoniya XİN rəhbəri Azərbaycana gəlir

Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla