Yuxarı

Elektromobillərlə bağlı gözlənilməz qərar...

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elektromobillərlə bağlı gözlənilməz qərar...

Almaniyanın “Porşe” avtomobil şirkəti rəsmi açıqlama yayaraq, elektromobillərə keçidin yanlış olduğunu və benzinlə işləyən mühərriklərə qayıtdığını bəyan edib. Şirkət bildirib ki, daxili yanma mühərriklərinin yeni modellərinin yaradılmasına 800 milyon avro sərmayə qoymaq fikrindədir.

Axar.az Azvision.az-a istinadən bildirir ki, dünənə qədər “Porşe” konveyerlərindən çıxan avtomobillərin maksimin 20%-i ənənəvi yanacaqla işləyəcəyini qeyd edirdi. İndi isə konsernin rəhbərləri bu siyasətin ciddi səhv olduğu qənaətinə gəliblər.

Onların fikrincə, benzin mühərrikləri hələ uzun müddət bazarda qalacaq. Ona görə, 2030-cu ildən sonra da “Cayenne” və “Panamera” modelləri üçün V-8 mühərriklərinin istehsalını davam etdirəcəklər.

“Porşe” bu baxımdan tək deyil: “Ford”, “General Motors”, “Volksvagen” və “Volvo” kimi böyük istehsalçılar da benzindən imtinanın səhv olduğunu getdikcə daha ucadan bəyan edirlər. Əsas səbəb elektromobillərə tələbatın aşağı olması və bazarın bu seqmentində Çinin avtomobil istehsalçıları ilə rəqabət apara bilməmələridir. Nəticədə milyardlarla dollar ziyana düşürlər.

Bəs Avropanın “yaşıl gündəliyi” necə olsun? Axı orada 2050-ci ilə qədər daxili yanma mühərrikləri tam şəkildə qadağan olunacaq… Avtomobil istehsalçıları bu siyasəti yanlış sayır və elektromobillərin daha ekoloji olması haqda təsəvvürləri “illüziya” adlandırırlar.

Məsələ ondadır ki, daxili yanma mühərrikli bir avtomobil hər kilometr məsafəyə görə atmosferə təxminən 125 qram karbon qazı (СО2) atır. Elektromobillər özləri bilavasitə karbon yazı yaratmırlar, amma onların işlətdiyi cərəyan elektrik stansiyalarında hasil olunur. Orada isə böyük miqdarda karbohidratlar yandırılır. Bunun üstünə elektromobilin və ayrılıqda batareyaların istehsalı zamanı yaranan böyük miqdarda karbon qazını da gələndə (8-9 ton) son nəticədə elektromobillər dolayı yolla atmosferin hətta daha çox çirklənməsinə səbəb olurlar.

Tarix
2025.02.09 / 19:07
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın planı Xəzər dənizinə görə iflasa uğradı - İnanılmaz

Overçuk Azərbaycana gəldi

Azərbaycanda gənc çağırış zamanı şok yaşadı - Video

Burada Əliyev və Putin əsas rol oynayıb - Korotçenko

Manatın məzənnəsi barədə qərar verildi

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin cəzası bəlli oldu

Suşi sexində ciddi nöqsanlar aşkarlandı

Baş nazirdən “Sea Breeze Resort”la bağlı qərar

Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi...

Baş nazirdən bu rayonlarla bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla