Yuxarı

Arvadına aldığı "Porşe"ni zibilliyə atdı - Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arvadına aldığı "Porşe"ni zibilliyə atdı - Foto

Rusiyanın Moskva vilayətində Sevgililər Günündə qeyri-adi hadisə baş verib.

Axar.az lent.az-a istinadən xəbər verir ki, kişi fevralın 14-də həyat yoldaşına verdiyi “Porşe” markalı avtomobili zibilliyə atıb.

Kişi həyat yoldaşı ilə münasibətlərini yaxşılaşdırmaq üçün ona 3 milyon rubla “Porşe Makan” alıb. Qəzadan sonra avtomobil bir az zədələnsə də, kişi onu tez bir zamanda təmir edəcəyinə söz verərək, xanımına Sevgililər Günü üçün hədiyyə etmək qərarına gəlib.

Ancaq həyat yoldaşı hədiyyəni qiymətləndirməyib. O, əzilmiş avtomobili gördükdən sonra bunu istehza kimi qəbul edib və “Porşe”dən imtina edib. Məyus olan ər lazımsız şey kimi maşını zibil qutusuna atıb. Qadın onu fikrindən daşındıra bilməyib.

Artıq 12 gündür ki, qırmızı bantlı “Porşe” zibilxanada qalaraq, qeyri-adi görüntü ilə şəkil çəkdirən yerli sakinlərin diqqətini cəlb edir. Ailənin dostları iddia edirlər ki, kişi zibilliyə atdığı hədiyyə ilə bundan sonra nə edəcəyinə hələ qərar verməyib.

Tarix
2025.02.27 / 00:30
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla