Yuxarı

Xızıdakı dəhşətli qəzanın səbəbi

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xızıdakı dəhşətli qəzanın səbəbi

2 gün əvvəl Xızıda 3 nəfərin ölümü, 22 nəfərin xəsarət alması ilə nəticələnən mikroavtobus qəzası ciddi nəticələr çıxarılması üçün faciəli də olsa, dərs olmalıdır. Həmin yola yaxşı bələd olaraq vurğulamaq istəyirəm ki, belə yollar sürücüdən xüsusi məharət və diqqət tələb edir.

Axar.az xəbər verir ki, bu sözləri Xızıda müəllimləri daşıyan avtobusun qəzaya düşmə səbəblərini şərh edən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, dağ yollarında avtomobil idarə etməyə dair xüsusi təhlükəsizlik qaydalarını mükəmməl bilməyən sürücü nəinki avtobusla, hətta minik avtomobili ilə də o yola çıxmamalıdır:

"1. Hadisə sərt dağ yolunda baş verib. Həmin yola yaxşı bələd olaraq vurğulamaq istəyirəm ki, belə yollar sürücüdən xüsusi məharət və diqqət tələb edir. Ümumiyyətlə, dağ yollarında avtomobil idarə etməyə dair xüsusi təhlükəsizlik qaydaları var. Həmin qaydaları mükəmməl bilməyən sürücü nəinki avtobusla, hətta minik avtomobili ilə də o yola çıxmamalıdır.

2. Avtobusların hərəkəti üçün də xüsusi təhlükəsizlik qaydaları var. Ən başlıcası odur ki, hətta çarter reysi (yəni xüsusi sifarişlə) olsa da, avtobus marşrutu hər yoldan salına bilməz. Avtobusla səyahət zamanı marşrutun keçəcəyi yollara xüsusi önəm verilməli və müəyyən parametrlərə görə marşrut təhlükəli yollardan keçməməlidir.

3. Avtobus sürücülərinin məhz sərnişin nəqliyyatını idarəetmə üzrə xüsusi qaydaları mükəmməl bilməsi vacibdir. Bu qaydaları öyrənməmiş sürücüyə avtobus verilməməlidir. Sadə görünsə də, "D" kateqoriyalı vəsiqə hələ avtobus sürə bilmək deyil. Xüsusi təlim (əsasən də təhlükəsizliklə bağlı) keçməyən sürüc avtobus sürməməlidir.

4. Sifarişlə avtobus seçərkən mütləq avtobusun texniki vəziyyətinə və sürücünün kimliyinə xüsusi diqqət yetirilməlidir. Hər adama və hər texnikaya etibar etmək olmaz.

5. Səyahət vaxtı avtobus sürücüsünün özünü nəzarətdə saxlamaq lazımdır (istirahət etməsini, nə yeyib-içməsini, necə idarə etməsini və s.). Bu zaman sürücünün işinə müdaxilə yolverilməzdir. Xüsusən də, sürücüyə "burdan sür" və ya "belə sür..." kimi təsirlər yolverilməzdir.

6. Magistral əhəmiyyətli yollardan kənara çıxarkən çox diqqətli olmaq lazımdır. Nəzərə alın ki, ölkəmizin yollarında hələ çoxlu sayda nişan və başqa texniki vasitələrin çatışmazlığı var. Belə çatışmazlıq periferik yollarda daha çoxdur. Ona görə də qəfil sürprizlə rastlaşmamaq üçün həmişə diqqətli olmaq lazımdır və s..."

Qeyd edək ki, mayın 29-da Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin müəllim heyətini daşıyan avtobus Xızıda qəzaya uğrayıb. Qəza nəticəsində 3 nəfər ölüb, 21-i yaralanıb.

Tarix
2016.05.31 / 11:38
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Prezident WUF13-də iştirak edənlərin şərəfinə ziyafət verdi

Azərbaycanda bu xəstəliyə görə 7 milyon pul xərclənəcək

Azərbaycan bizə dəstək oldu, Ermənistan isə... - İran

Azərbaycanlı yazıçı Bakıdan deport olundu

Tehrandan sonuncu təyyarə Bakıya gəldi - Müharibə başlayır?

Qara şəhər əvəzinə Ağ şəhəri görə bilərsiniz - Əliyev

SOCAR prezidentinin gürcü müşavirinə yüksək vəzifə verildi

İlham Əliyevlə Vuçiçin səmimi - Fotoları

Azərbaycan Ordusu başlamışdı: Rusiyada şok yaşanır - Video

Bakıda Liderlər Sammiti: kimlər iştirak etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla