Yuxarı

Bir ildə Azərbaycanda neçə nəfər “Rols-Roys” alıb?

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir ildə Azərbaycanda neçə nəfər “Rols-Roys” alıb?

2024-cü ilin statistikasına görə, Azərbaycanda 1 milyon 585 min 265 ədəd minik avtomobili qeydiyyatdadır (nə qədər maşının işlək olub-olmamasının ayrıca statistikası yoxdur). Ölkədə ən çox avtomobil “Mersedes” markasındandır - 220 242 ədəd.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, Sovet-Rusiya istehsalı avtomobillərin tamamının sayı (VAZ, LADA, QAZ, UAZ, “Moskviç” və s.) isə 296261 ədəddir:

“2023-cü il ilə müqayisədə 2024-də Çin istehsalı maşınların satışı, qeydiyyatı kəskin çoxalıb – “Çangan” 1 ilə 4086 ədəd (84%), BYD isə 3072 ədəd (303%) artıb.

2023-cü ildə ölkədə 66 “Rolls-Roys” qeydiyyatda idi, 2024-cü ildə bu rəqəm 74-ə çatıb, yəni 8 yeni “Rolls-Roys” satılıb, satılan avtomobillər arasında bir neçə “Rolls-Roys Ghost” da olub, bu maşınların qiyməti 1 milyon 200 min manatdır.

“Rolls-Roys”dan başqa 2024-cü ildə ölkədə çox bahalı digər maşınlar da satılıb – 35 ədəd “Yaquar”, 15 ədəd “Bentli” və s. Əgər ölkəmizdə bir nəfər də rəsmi milyonçu yoxdursa və büdcəyə milyonçu kimi vergi vermirsə, bəs 1,1 milyonluq “Rolls-Roys Ghost” avtomobilini və ya 500 minə qədər qiyməti olan “Bentli”ni kim alır?!”

Tarix
2025.04.14 / 14:30
Müəllif
Axar.az
Digər xəbərlər

"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi...

Baş nazirdən "Bakıbus" MMC ilə bağlı qərar

Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi

Açıq deyin ki, ölənlər günahkardır, “Şəki yaylası” isə "mələk"...

Alkoqollu içkilər üçün gömrük rüsumu dəyişdi

Səfir Bakıdakı gizli görüşdən danışdı

Qərar verildi: Ölkədə kök hüceyrə köçürülməsinə başlanılır

Gömrükdən keçirilən maşınlarla bağlı yeni qaydalar

“Azerbaijan Open 2026”: Qaliblərin adı bəlli oldu - Foto

Bakı və Daşkənd arasında qərargah danışıqları keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla