Yuxarı

Çinin yalnız bu avtomobillərini alın! - Ekspert

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çinin yalnız bu avtomobillərini alın! - Ekspert

Çində istehsal xərcləri aşağıdır, işçi qüvvəsi ucuzdur, ehtiyat hissələri bol və münasib qiymətədir. Üstəlik, Çin qanunvericiliyinə əsasən, yerli avtomobil başqa ölkəyə ixrac olunarsa, avtomobilin əlavə dəyər vergisi qədər vəsait istehsalçıya geri qaytarılır. Bu da avtomobili həm alıcı, həm də satıcı üçün cəlbedici edir.

Bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov Azərbaycanda avtomobil bazarında olan dəyişiklik barədə danışarkən deyib.

Eldəniz Cəfərov bildirib ki, Çin avtomobillərinin bazarda mövqe qazanmasının bir neçə əsas səbəbi var:

“Vaxtilə Azərbaycanda xüsusilə bölgələrdə insanlar Rusiya istehsalı avtomobillərə üstünlük verirdilər. Bu avtomobillər qiymət baxımından münasib idi, onların təmiri ucuz başa gəlirdi və ehtiyat hissələri əlçatan idi. Lakin Rusiyaya sanksiyalar tətbiq olunduqdan sonra bu ölkənin avtomobil sənayesində böhran yarandı. Nəticədə Rusiya avtomobillərinin yerini Çin modelləri tutmağa başladı. Yaxşı olardı ki, vətəndaşlarımız Avropa bazarı üçün istehsal olunmuş və rəsmi zəmanətlə satılan Çin avtomobillərinə üstünlük versinlər. Çinin daxili bazarı üçün istehsal olunmuş, lakin qeyri-rəsmi yollarla ölkəyə gətirilən modellər sonradan problem yarada bilər. Çünki onların servis xidməti, ehtiyat hissələri və zəmanət məsələləri problemli olur”.

Eldəniz Cəfərov hesab edir ki, gələcəkdə Çin avtomobillərinin Azərbaycan bazarında üstünlük qazanıb-qazanmayacağı məhz servis xidmətlərinin keyfiyyətindən asılı olacaq:

“Əgər servis xidməti yaxşı təşkil olunarsa, bu avtomobillər daha da populyarlaşacaq. Əks halda, bazarda yerini qoruyub saxlaya bilməyəcək. Vətəndaşlara məsləhətim odur ki, avtomobili yalnız rəsmi satış kanallarından alsınlar”.

Tarix
2025.05.13 / 08:30
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla