Yuxarı

Bakıda "superkar"lar nümayiş olundu - Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda "superkar"lar nümayiş olundu - Foto

Mayın 18-də “Sürətin evolyusiyası” layihəsinin ikinci günündə sürət avtomobillərinin və “superkar”ların nümayişi keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı, “Nazar Holdinq” və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilən sərgidə müxtəlif növ sürət avtomobili təqdim edilib.

Səhər saat 11-dən başlayaraq axşam saat 19-dək davam edən nümayiş paytaxtın Əziz Əliyev küçəsindən Qoşa Qala qapısının qarşısınadək olan ərazini əhatə edib.

Sürət həvəskarlarının ürəyini fəth edən bu avtomobillər təkcə dinamik xüsusiyyətləri ilə tanınmır. Həmin avtomobillər, həm də texnologiya və innovasiyalarla insan potensialının zənginliyinin təsdiqidir.

Ümumiyyətlə, “Sürətin evolyusiyası” sərgisi keçirildiyi 2 gün ərzində ziyarətçilər həm müxtəlif növ avtomobilləri seyr edib, nəqliyyat vasitələri barədə daha geniş məlumat əldə etmək imkanı qazanıb, həm də avtomobil həvəskarlarının bir-biri ilə ünsiyyətinə şərait yaradılıb. Bununla da iki gün ərzində klassik avtomobillərdən sürət avtomobillərinədək sürətin evolyusiyasını izləmək mümkün olub.

Tarix
2025.05.18 / 18:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla