Yuxarı

Diqqət: Bu maşınları almayın! - 5 il sonra…

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Diqqət: Bu maşınları almayın! - 5 il sonra…

Son vaxtlar ikinci əl avtomobil bazarında durğunluq müşahidə olunur. Hətta bildirilir ki, 200 min manatdan yuxarı maşınları satmaq da çətinləşib. İnsanlar eyni qiymətə yeni Çin avtomobili almağa üstünlük verirlər.

Bu dəyişiklik maşın bazarına nə vəd edir?

Axar.az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov Globalinfo.az-a açıqlamasında sektorda yaranan durğunluğun əsas səbəbinin qeyri-sağlam rəqabət olduğunu bildirib.

“Azərbaycana bir çox hallarda zavod istehsalı qüsurlu, istehsalçı zəmanəti olmayan maşınların daşınması və ucuz qiymətə təklif olunması ölkəmizdə rəsmi nümayəndəliyi olan böyük şirkətlərə ziyan vurur. Belə avtomobillər Çin üçün nəzərdə tutulur. Lakin onları bura gətirərək, rəsmi dilerdən 30-40 faiz ucuz qiymətə təklif edirlər. Bəzən satıcıların müəyyən qismi aldatmaqla məşğul olur. Reklamda ucuz qiymət qeyd etsələr də, müştəri yaxınlaşdıqda əksini görür. Yaxud yolda maşına ziyan dəydikdə, hesabat vermirlər”, - o deyib.

Ekspert bildirib ki, artıq rəsmi dilerlər bağlanacaq:

“Hətta Çin avtomobili istehsal edən şirkətlərdən biri bunu elan edib. Beləliklə, işçilər də ixtisara düşəcək. Nəticədə vətəndaşlarımız zəmanəti olmayan avtomobillər alacaqlar. Maşın xarab olanda heç kim təmir etməyəcək. Paralel olaraq, daşınan avtomobillərin, xüsusən də elektromobillərin akkumlyatoru 5-10 ilə sıradan çıxdıqda, onun utilizasiya problemi ortaya çıxacaq. Bu maşınlar qeyri-qanuni şəkildə gətirildiyi üçün utilizasiya məsuliyyəti heç kimə aid edilməyəcək və problem dövlətin üzərində qalacaq”.

Tarix
2025.05.22 / 10:23
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla