Yuxarı

Maşın almaq istəyənlərin nəzərinə - Qiymətlər dəyişir

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maşın almaq istəyənlərin nəzərinə - Qiymətlər dəyişir

Son günlər Azərbaycanda avtomobil qiymətlərinin ucuzlaşması müşahidə olunur. Bildirilir ki, bu, birbaşa Çin markalı maşınlarla əlaqəlidir. Belə ki, Çinin BYD şirkəti bu ilin may ayında təqdim etdiyi 22 elektrik və hibrid modelin qiymətini 10-34 faiz arasında endirib. Bu da bazarda rəqabəti gücləndirib və xüsusilə avtomobilini satmaq istəyən şəxslər üçün müəyyən çətinliklər yaradıb.

Axar.az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov Globalinfo.az-a açıqlamasında hazırda Azərbaycan avtomobil bazarında qeyri-sağlam rəqabətin mövcud olduğunu bildirib.

“Rəsmi servis mərkəzlərinin bir qismi artıq avtomobil satışını həyata keçirə bilmir. Buna görə də fəaliyyətlərini dayandırmaq ehtimalını müzakirə edirlər. Onlar rəsmi fəaliyyət göstərdikləri üçün servis mərkəzləri açır, böyük investisiyalar yatırır, yüzlərlə insanı işə götürür və vergi ödəyirlər. Lakin fərdi şəxslər Çin istehsalı olan, nümayəndəsi olmayan, zəmanətsiz və keyfiyyətsiz maşınları ucuz qiymətə idxal edib bazarda satırlar. Nəticədə Azərbaycanda belə avtomobillərin inhisarçılığı yaranır. Bu vəziyyət rəsmi satış mərkəzlərinin bağlanmasına və işsizliyin artmasına yol açacaq”, - ekspert əlavə edib.

Tarix
2025.05.31 / 11:30
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla