Yuxarı

Azərbaycanda yol terroru qurbanları - 242 nəfər

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda yol terroru qurbanları - 242 nəfər

Baş Dövlət Yol Polisi İdarəsi ötən 5 ay ərzində baş verən qəzaların statistikasını açıqlayıb. Rəqəmlərdə ötən illə müqayisədə 14 faiz azalma var.

Avtosfer.az-ın məlumatına görə, polisin araşdırmaları qəzaların daha çox hansı səbəbdən baş verdiyini də üzə çıxarıb. Belə ki, beş ayda 732 qəza baş verib, nəticədə 242 nəfər ölüb. Baş Dövlət Yol Polisi İdarəsinin apardığı araşdırmalar qəzaların daha çox hansı səbəbdən baş verdiyini də ortaya çıxarıb.

Belə ki, qəzaların ən çox hissəsi- 42.7 faizi piyadaların payına düşür. Piyada vurulmalarından sonra ikinci yerdə ötmə və qarşı hərəkət zolağına keçmə dayanır. Qəzaların 38.3 faizi məhz bu səbəbdən baş verib. Avtomobili sərxoş şəkildə idarə etməyə görə qəza törədilməsi əhəmiyyətli dərəcədə aşağı düşüb. Bu, sərxoşluğa görə cərimələrin artırılması ilə bağlıdır.

Bundan əlavə sürət həddini aşmağa görə baş verən qəzalar da təxminən 20-25 faiz azalıb. Bu isə yollarda quraşdırılan radarların sayının artırılması ilə bağlıdır.

Tarix
2016.06.18 / 10:03
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla