Yuxarı

Bu şəxslərə sürücülük vəsiqəsi verilməyəcək?

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şəxslərə sürücülük vəsiqəsi verilməyəcək?

Sürücülük vəsiqəsinin verilməsinə görə İQ testi edilməsinin Azərbaycanda gündəmə gələcəyini düşünmürəm. Bizdə sürücülük üçün imtahan sistemi, tibbi arayış və təlim prosesi tətbiq olunur. İQ testi sürücülük qabiliyyəti ilə birbaşa bağlı deyil.

Bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov Türkiyədə sürücülük vəsiqəsi almaq üçün İQ testi tətbiq ediləcəyi ilə bağlı xəbərləri şərh edərkən deyib.

Ekspert bildirib ki, Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün vətəndaş əvvəlcə sürücülük kursuna yazılır, daha sonra təlim keçərək imtahana buraxılır. İmtahandan əvvəl isə müvafiq tibbi arayış tələb olunur:

“Əgər vətəndaşın hər hansısa psixoloji problemi varsa, nə təlimə, nə də imtahana buraxılır. Bu, artıq sistem daxilində nəzərə alınır. Zehni gərginlik və reaksiya zəifliyi isə hər insanda ola bilər. Hətta İQ səviyyəsi yüksək olan şəxslərdə belə bu hallar müşahidə oluna bilər. Bu səbəbdən İQ testi ilə sürücülük qabiliyyətini ölçmək yanlışdır”.

Qeyd edək ki, Türkiyədə qəbul edilən yeni qaydalara əsasən, sürücülük vəsiqəsi almaq istəyənlərin İQ səviyyəsi 79-dan aşağı olmamalıdır.

Tarix
2025.06.12 / 14:30
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla