Yuxarı

Çindən 130 "Naz-Lifan" gəldi

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çindən 130 "Naz-Lifan" gəldi

Naxçıvan Avtomobil Zavodunun (NAZ) Çinə sifariş verdiyi avtomobillər artıq Azərbaycandadır.

Bu haqda Modern.az-a NAZ-ın icraçı direktoru Musa Abdullayev məlumat verib.

Onun sözlərinə görə, ilkin olaraq ölkəyə 130 ədəd avtomobil gətirilib:

"Bunlar "320" modelinə aid avtomobillərdir. Artıq avtomobillər sifarişçilərə çatdırılır".

M.Abdullayevin sözlərinə görə, bu dəfəki sifarişçilərin arasında Təhsil Nazirliyi, "Xəzər Dəniz Gəmiçiliyi" QSC, qeyri-hökumət təşkilatları var.

Qeyd edək ki, buna qədər "Gəncə Avtomobil Zavodu", Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti və "Azpetrol", Dövlət Neft Şirkəti, "Cahan Holding"də NAZ alanlar sırasına qoşulub.

Naxçıvan Avtomobil Zavodu (NAZ) hazırda 8 modeldə minik avtomobili istehsal edir. Bunlar "NAZ-lifan" 720, "NAZ-lifan" 820 (Premium modellər), "NAZ-lifan" 620, "NAZ-lifan" 630 (sedan modellər), "NAZ-lifan" X50 və X60 (SUV), "NAZ-lifan" 320 və 330 (mini) modelləridir.

"NAZ-lifan" 720 (sürət qutusu mexaniki) modelinin qiyməti 14 min manatdan, "NAZ-lifan" 820 modelinin (sürət qutusu avtomat) qiyməti 22 min manatdan başlayır. Bu avtomobillər şəhəriçi 100 kilometrə 8-9 litr yanacaq işlədir.

Tarix
2016.06.21 / 14:22
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

Prezidentin əfv etdiyi yeganə qadın məhkum - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla