Yuxarı

Hansı avtomobillərə tələbat daha çoxdur?

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hansı avtomobillərə tələbat daha çoxdur?

Hazırda avtomobil bazarında artım müşahidə olunmur. Bazarda ümumi qeyri-fəallıq hökm sürür. İkinci əl avtomobil bazarında alıcılar daha çox mühərrik həcmi 1550 sm³-dən 2040 sm³-ə qədər olan avtomobillərə maraq göstərirlər. Bu kateqoriyaya həm benzin, həm də dizel mühərrikli nəqliyyat vasitələri daxildir. Paralel olaraq, hibrid və elektriklə işləyən sedan tipli avtomobillərə də tələbat artmaqdadır.

Bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

Ekspertin sözlərinə görə, yeni avtomobillər bazarında isə vətəndaşlar əsasən mühərrik həcmi 2040 sm³-dən 2500 sm³-ə qədər olan hibrid avtomobillərə üstünlük verirlər:

“Bu avtomobillərin böyük hissəsi krossover və mini-krossover seqmentinə aiddir. Ümumiyyətlə, Azərbaycanda krossoverlərə olan maraq digər nəqliyyat vasitələri ilə müqayisədə daha yüksəkdir”.

Cəfərov əlavə edib ki, ölkəyə gətirilən avtomobillərin əksəriyyəti istehsalçı zəmanəti olmayan nəqliyyat vasitələridir. Bu, həm köhnə, həm də yeni modellərə aiddir:

“İstehsalçı zəmanəti olan və rəsmi nümayəndəliklər tərəfindən gətirilən avtomobillər də bazarda mövcuddur, lakin onların sayı çox azdır. Alıcılar daha çox qiymət baxımından münasib, lakin zəmanətsiz avtomobillərə üstünlük verirlər. Nəticədə, bazarda qeyri-sağlam rəqabət formalaşır. Bu vəziyyət rəsmi diler və distribütorların satış və xidmət sahəsində çətinliklərlə üzləşməsinə gətirib çıxarır.

Ötən il ölkəyə 90 minə yaxın avtomobil idxal olunub və onların təxminən 30 min ədədi hibrid və elektromobillərdən ibarət olub. Yəni ölkəyə gətirilən avtomobillərin əhəmiyyətli hissəsi ekologiyaya zərər vurmayan nəqliyyat vasitəsidir”.

Eldəniz Cəfərovun fikrincə, hibrid mühərrikli avtomobillərə maraq olsa da, bu maraq hələlik satış rəqəmlərində öz əksini tam tapmır:

“Azərbaycana bu tip avtomobillər kifayət qədər gətirilsə də, onların satışları yüksək səviyyədə deyil”.

Tarix
2025.07.05 / 08:30
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla