Yuxarı

Bayraq Meydanında növbəti avtoşou olacaq - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayraq Meydanında növbəti avtoşou olacaq - Video

İyulun 19-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və “Caspian Event Organisers” ilə birgə əməkdaşlıq çərçivəsində “Gecənin əfsanələri” (Legends of The Night) adlı yarış, kartinq çempionatı və drift şou keçiriləcək.

Axar.az xəbər verir ki, Dövlət Bayrağı Meydanında baş tutacaq tədbirdə yüksək sürət, iti manevrlər və gərgin rəqabət ilə yaddaşlarda qalan Amerikanın US Legend Cars yarışları olacaq.

Bu avtomobillər yarış meydanında mübarizə apararaq izləyicilərə maraqlı anlar bəxş edəcək.

Kartinq çempionatında isə 12-15 yaş arası ən istedadlı və sürətli pilotlar ictimaiyyət qarşısında avtoidman sahəsində ustalıqlarını nümayiş etdirəcək. Çempionat həm uşaqlar üçün unudulmaz bir təcrübə, həm də valideynlər və azarkeşlər üçün hədsiz əyləncə vəd edir.

Yerli idmançıların iştirakı ilə təqdim ediləcək drift şou isə həmin axşamın dinamikasını daha da artıracaq.

Bayraq Meydanında istirahət və əyləncə zonaları da fəaliyyət göstərəcək.

Həyəcan və əyləncə ilə dolu unudulmaz yarışın şahidi olmaq istəyənlər biletləri iTicket.az saytından əldə edə bilər.

Tarix
2025.07.15 / 22:23
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla