Yuxarı

Bu avtomobillər 12 min manat ucuzlaşdı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu avtomobillər 12 min manat ucuzlaşdı

2025-ci ilin ilk yarısında Azərbaycana gətirilən avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artıb.

Axar.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bu ilin yanvar-iyun aylarında ölkəyə 47 minə yaxın minik avtomobili idxal olunub.

Bu göstərici 2024-cü ilin ilk yarısı ilə müqayisədə təxminən 9 min ədəd və ya 24% artıb.

Orta hesabla bir avtomobilə düşən qiymətdə azalma müşahidə edilib. 2024-cü ildə orta qiymət təxminən 18 min dollar, 2025-ci ildə isə təxminən 17 min 300 dollar təşkil edib. Bu rəqəm daha əlçatan və nisbətən ucuz modellərin bazara daxil olduğunu göstərir.

Elektromobillər və hibrid nəqliyyat vasitələri üzrə göstəricilər daha da diqqətçəkicidir. 2024-cü ilin ilk yarısında ölkəyə 1 500-dən çox tam elektrikli avtomobil gətirilib. 2025-ci ilin eyni dövründə bu rəqəm 930-a düşsə də, "plug-in" hibridlərin idxalı 14 minə yaxınlaşıb. Bu sinif ötən il statistikada ümumiyyətlə yer almayıb. Bu onu göstərir ki, insanlar daha çox elektriklə işləyən, lakin həm də yanacaqla hərəkət edən modellərə üstünlük verir.

Elektrik avtomobillərin orta qiymətində isə ciddi azalma müşahidə edilib. Belə ki, ötən il elektromobillərin bir ədədi ölkəyə 41.3 min dollara gəlirdisə, bu il bu göstərici 34 min dollar olub. Yəni Azərbaycana gətirilən elektrik avtomobilləri təxminən 7.3 min dollar (təxminən 12 min manat) ucuzlaşıb.

Tarix
2025.07.22 / 12:42
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla