Yuxarı

Bakı-2015-in mobil tətbiqi istifadəyə verildi

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-2015-in mobil tətbiqi istifadəyə verildi

Bakı 2015-in rəsmi mobil tətbiqetməsi yükləmək üçün hazırdır.

Oyunların Təşkilat Komitəsindən qeyd edilib ki, istifadəçilərin yarışlar haqda ən son məlumat və nəticələrlə yanaşı, sosial şəbəkələrə də çıxışı olacaq. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Axar.az-a məlumat verilib.

Bakı 2015-in istifadəyə verilmiş yeni tətbiqetməsində birinci Avropa Oyunları ilə əlaqədar bütün idman yarışlarından canlı buraxılışları izləmək mümkün olacaq.

Bununla yanaşı, bu tətbiqetmə istifadəçilərin Oyunlarla bağlı təəssüratını daha da yaxşılaşdırmaq üçün özündə bəzi xüsusiyyətləri əks etdirir. Belə ki, istifadəçilər yarışların nəticələrindən xəbərdar olmaqla və yarışlardan verilən canlı buraxılışları izləməklə yanaşı, idmançılar və Oyunların keçirildiyi obyektlər barəsində səhnə arxası məlumatları da əldə edə biləcəklər. Eyni zamanda tətbiqetmədə 17 gün davam edəcək Oyunların yarış cədvəllərinə də yer verilib.

"Bakıda Coşğu" bölməsi Bakı şəhəri və ətrafında baş verənlər haqda sosial şəbəkələr vasitəsilə edilən gündəlik paylaşımları tək mərkəzdə toplayır. Burada idmançı və tamaşaçıların birinci Avropa Oyunları ərəfəsində yaşadığı macəra dolu həyatı qeyri-adi formada ictimaiyyətə çatdırılacaq.

Tətbiqetməni aşağıdakı keçidlər vasitəsilə yükləyə bilərsiniz:

"İOS": https://itunes.apple.com/us/app/the-official-baku-2015-app/id993164229?mt=8

"Android": https://play.google.com/store/apps/details?id=com.baku2015.android.Baku2015

"Windows Phone": https://www.windowsphone.com/en-us/store/app/the-official-baku-2015-app/6ac04708-5e03-44d1-8675-0a2274a5233b?signin=true

Tarix
2015.06.04 / 13:23
Müəllif
Jalə Səmədova
Digər xəbərlər

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla