Yuxarı

Latviya: "Bakı yeni səhifə yazır" - Foto

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Latviya: "Bakı yeni səhifə yazır" - Foto

Latviyanın focus.lv müstəqil xəbərlər portalında Bakı-2015. Azərbaycan birinci Avropa Oyunlarının astanasında" sərlövhəli məqalə dərc edilib.

Məqalədə qeyd edilir ki, müasir Azərbaycan yeni qlobal ideyaların və təşəbbüslərin, miflərin və nağılların reallığa çevrildiyi məkandır. "Ölkə bütün sivilizasiyaların öz aralarında qarşılıqlı anlaşma və dialoq qurmağa imkan tapdıqları körpü və mühüm meydandır. Azərbaycan həm dünyanın, həm də Avropanın sülh və əməkdaşlıq prinsiplərinin dirçəlişi tarixində yeni səhifədir", – məqalədə bildirilir.

Oxucunun diqqətinə çatdırılır ki, dünyanın güclü dövlətləri tərəfindən potensial vassal kimi yanaşılan, yaxud elə bu cür vəziyyətdə olan qonşularından fərqli olaraq, müasir Azərbaycan belə yanaşmanı qəbul etmir və dünyanın bütün ölkələri ilə bərabər əsasda münasibət qurur. "Ölkə həqiqətən də özünün möhkəm, sabit və başlıcası demokratik ictimai-siyasi vəziyyəti ilə qürur duya bilər", – portalda vurğulanır.

AzərTac-ın məlumatına görə, məqalədə qeyd olunur ki, demokratiyanın inkişafında, iqtisadi, sosial və digər sahələrdə əldə olunan bütün nailiyyətlər Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirir. 2015-ci il iyunun 12-də Azərbaycanın paytaxtı Bakıda birinci Avropa Oyunlarının təntənəli açılış mərasimi keçiriləcək. Bununla da Azərbaycan dünya idmanı tarixinə yeni səhifə yazacaq. İlk Oyunların Bakıda keçirilməsi Azərbaycan üçün həm də ona görə mühüm hadisədir ki, bu qərar ilə bütün Avropa cəmiyyəti müasir Azərbaycan cəmiyyətinə öz dərin hörmətini və inamını ifadə edib.

Latviyanı Bakı-2015-də bu ölkənin Olimpiya Komitəsinin baş katibi Jorj Tikmersin rəhbərliyi ilə 67 atlet təmsil edəcək.

Məqalənin tam mətnini bu linkdə oxumaq mümkündür: http://ru.focus.lv/pasaule/citi-regioni/baku-2015-azerbaydzhan-v-preddverii-pervyh-evropeyskih-igr

Tarix
2015.06.08 / 20:36
Müəllif
Axar.az
Digər xəbərlər

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla