Yuxarı

Kəmaləddin Heydərov müşavirə keçirdi - Bakı-2015

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəmaləddin Heydərov müşavirə keçirdi - Bakı-2015

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Birinci Avropa Oyunlarının açılış mərasimi ilə əlaqədar aidiyyəti üzrə təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi üçün müvafiq tapşırıqlarını verib.

Bu gün Azərbaycan Fövqəladə Hallar Nazirliyində Bakı-2015 Birinci Avropa Oyunlarının açılış mərasiminə aidiyyəti üzrə hazırlıq işləri ilə əlaqədar fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun sədrliyi ilə müşavirə keçirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, müşavirədə Birinci Avropa Oyunları ilə əlaqədar nazirlikdə yaradılmış Əməliyyat Qərargahının rəhbəri, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin Birinci Avropa Oyunlarının açılış mərasimi ilə bağlı aidiyyəti üzrə təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlər barədə geniş məruzəsi dinlənilib.

Sonra nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Dövlət Sularda Xilasetmə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki müdafiə qoşunları, Aviasiya dəstəsi, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və Rabitə idarəsinin rəhbərləri görülən işlər haqqında məruzələr ediblər.

Nazir Kəmaləddin Heydərov Birinci Avropa Oyunlarının açılış mərasimi ilə əlaqədar aidiyyəti üzrə təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi üçün müvafiq tapşırıqlarını verib.

Tarix
2015.06.11 / 16:28
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və ailəsi COP31 Liderlər Sammitində iştirak edir

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla