Yuxarı

Tsenov: "Bakı yeni tarix yazmağa çox yaxındır"

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tsenov: "Bakı yeni tarix yazmağa çox yaxındır"

Bakı-2015 birinci Avropa Oyunları ərəfəsində - iyunun 11-də "Qafqaz City Baku" mehmanxanasında Dünya Güləş Birliyinin Avropa Şurasının illik konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, yeni vəzifələrin müəyyən olunması istiqamətində bu tədbirin əhəmiyyətini yüksək qiymətləndirən Dünya Güləş Birliyi Avropa Şurasının prezidenti Tseno Tsenov ev sahibliyə görə Azərbaycana öz təşəkkürünü bildirib.

Qeyd edilib ki, Azərbaycan dünya idmanında yeni tarix yazmağa çox yaxındır. İyunun 12-də tarixdə ilk dəfə təşkil olunacaq birinci Avropa Oyunlarının açılış mərasimi keçiriləcək. Birinci Avropa Oyunlarında qitənin ən güclü güləşçiləri mübarizə aparacaq. Çox xoşbəxtəm ki, birinci Avropa Oyunlarının güləş yarışlarını canlı izləmək imkanım olacaq.

Tseno Tsenov deyib ki, Avropa Dünya Güləş Birliyində mühüm rol oynayır. Bu qitədən güclü güləşçilər mötəbər yarışların mükafatçıları sırasında yer alır. Məhz bu konfrans çərçivəsində qurulacaq əməkdaşlıqlar növbəti uğurlara töhfə verəcək və müvəffəqiyyətli nəticələrə gətirib çıxaracaq.

Artıq Bakının dünya idmanının mərkəzinə çevrildiyini bildirən Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb.

Bildirilib ki, ilk Avropa Oyunlarında idmanın 20 növü üzrə yarışlarda 6 mindən artıq atlet birincilik uğrunda mübarizə aparacaq. "Bakı-2015"-in güləş yarışlarında qitənin ən güclü 450-dək pəhləvanı medallar uğrunda gücünü sınayacaq. Ümid edirəm ki, birinci Avropa Oyunları da əvvəllər ölkəmizdə təşkil olunan tədbirlər kimi yüksək səviyyədə keçiriləcək.

Dünya Güləş Birliyinin baş katibi Mişel Dusson birinci Avropa Oyunlarının güləşin inkişafına və kütləviləşməsinə göstərəcək təsirindən, Azərbaycan pəhləvanlarının beynəlxalq arenalarda qazandığı nailiyyətlərdən və ölkəmizin yüksək səviyyədə təşkilatçılıq bacarığından danışıb.

Sonra video bağlantı ilə Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç konfrans iştirakçılarını salamlayaraq onlara işlərində uğurlar arzulayıb.

Daha sonra konfransın gündəliyinə uyğun olaraq ötən il Finlandiyanın Vantaa şəhərində qəbul olunan protokol ətrafında fikir mübadiləsi aparılıb. Təşkilatın yeni loqosunun, embleminin dəyişdirilməsi barədə müzakirələr olub. Uzun müzakirələrdən sonra qurumun yeni loqosu və emblemi qəbul edilib.

Sonda Avropada güləşin inkişafı istiqamətində müzakirələr aparılıb və təqdimatlar olub.

Tarix
2015.06.11 / 20:28
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla