Yuxarı

ABŞ-da Avropa Oyunlarına marka həsr edildi - Foto

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-da Avropa Oyunlarına marka həsr edildi - Foto

ABŞ-da bu gün Bakıda açılışı olacaq Avropa Oyunlarına həsr olunan poçt markası hazırlanıb.

Axar.az xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən "AzeriAmerika" diaspor təşkilatı Bakı-2015 birinci Avropa Oyunlarına həsr olunmuş poçt markası hazırlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, markanın üzərində Bakının simvoluna çevrilmiş Alov Qüllələrinin şəkli əks olunub və ingilis dilində "Bakı-2015" birinci Avropa Oyunları" sözləri yazılıb.

Markanın müəllifi ABŞ-da yaşayan 7 yaşlı Mikayıl Əliyevdir. "AzəriAmerika" təşkilatı 2009-cu ildə ABŞ-ın Konnektikut ştatının Farmington şəhərində təsis edilib. Təşkilat həmin ildən ABŞ-Azərbaycan, ABŞ-Kanada əlaqələrinə dair ən son xəbərləri "Azəriamerika.com" saytı vasitəsilə yayımlayır. Təşkilatın təsis olunmasında başlıca məqsəd Azərbaycan mədəniyyətinin, incəsənətinin, tarixinin, dilinin, adət-ənənəsinin, həyat tərzinin və qabaqcıl siyasətinin təbliğ olunmasıdır.

Tarix
2015.06.12 / 11:21
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla