Yuxarı

Erməni güləşçi azərbaycanlı həmkarlarından danışdı

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni güləşçi azərbaycanlı həmkarlarından danışdı

Bakıda start götürmüş I Avropa Yay Oyunlarının ilk iki günü ölkəmiz üçün kifayət qədər uğurlu oldu. Yığmamız artıq 7 medal qazanıb ki, onun da üçü qızıldır. Rusiya da geri qalmır. Şimal qonşumuza ilk qızılı isə erməni əsilli güləşçi Stepan Maranyan qazandırıb. O, 59 kq-lıq çəki dərəcəsində yunan-Roma güləşi üzrə birinci olub.

Musavat.com Rusiya qaynağına istinadən xəbər verir ki, erməni güləşçi sevinc hisslərini və Bakı ilə bağlı təəssüratlarını bölüşüb: "Mənə evdə anam, xanımım, bütün bacılarım və qardaşlarım azarkeşlik edir. Təsəvvür edirəm, indi evdə nələr baş verir. İlk Avropa Oyunlarında güləşə münasibət mənim ürəyimcədir. Burada güləşi sevirlər. Azərbaycan güləşçiləri çox güclüdür. Onlar bu il komanda hesabı ilə dünya kubokunu alıblar. Belə demək olar ki, onlar bizim əsas rəqibimizdir".

"Zalın işıqlandırılması güclüdür. Güləş üçün zal, sadəcə, çox böyükdür", – qeyd edib idmançı. Bakı haqda danışan güləşçi Olimpiya kəndindən kənara çıxmadıqlarını söyləyib. "Ancaq zala gedəndə və geri qayıdanda – çox gözəldir", - əlavə edib o.

Tarix
2015.06.14 / 01:18
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla