Yuxarı

Alman gimnast: “Hər şey sonda məlum olacaq”

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alman gimnast: “Hər şey sonda məlum olacaq”

"Birinci Avropa Oyunları idmanın inkişafı üçün çox vacibdir və inanıram ki, bu ənənə davam edəcək".

Bunu Axar.az-a açıqlamasında Avropa Oyunlarında gimnastika üzrə yarışlarda iştirak edən almaniyalı gimnast Elizabet Seitz deyib.

E.Seitz bildirib ki, bu yeni idman ənənəsinin əsası Bakıda qoyuldu: "Təbii ki, mən gələcəkdə deyəcəyəm ki, ilk Avropa Oyunlarında Bakıda iştirak etmişəm".

Azərbaycana birinci gəlişinin olduğunu deyən gimnast buradakı mühitdən məmnun olduğunu bildirib: "Atletlər kəndi böyükdür və orada idmaçılar üçün gözəl şərait yaradılıb. Azərbaycanda insanlar qonaqpərvər və mehribandır. Azərbaycanın həm də gözəl iqlimi var".

Almaniyalı gimnast qeyd edib ki, yarışda çoxlu güclü gimnastlar iştirak edir və qələbə üçün güclü mübarizə aparmaq tələb olunur:

"Rusiya, Böyük Britaniya, Rumıniya və İtaliyadan olan gimnastları göstərmək olar. Azərbaycanın da güclü gimnastları var. Lakin yarışmanın nəticələrini əvvəlcədən demək çətindir. Bu bir yarışmadır, hər şey ola bilər, qalib də gələ bilərsən, uduza da bilərsən. Hər şey sonda məlum olacaq".

Tarix
2015.06.14 / 17:55
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla