Yuxarı

Günün yekunu: güləşdə 2 qızıl, 1 bürünc - Yeniləndi

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Günün yekunu: güləşdə 2 qızıl, 1 bürünc - Yeniləndi

Bu gün Avropa Oyunlarında kişilər arasında sərbəst güləş yarışları keçiriləcək.

Axar.az xəbər verir ki, yarışlarda 4 güləşçimiz qüvvəsini sınayacaq.

57 kq çəki dərəcəsində Yaşar Əliyev 1/8 finalda fransalı Zuxeyr Ouarraqe ilə qarşılaşacaq.

65 kq çəki dərəcəsində Toğrul Əsgərov 1/16 finalda rusiyalı İlyas Bekbulatovla görüşəcək.

74 kq çəki dərəcəsində Cəbrayıl Həsənov 1/8 finalda macar Mixail Naqi ilə qüvvəsini sınayacaq.

97 kq çəki dərəcəsində təmsilçimiz Xetaq Qazyumov 1/16 finalda polşalı Radoslav Baran ilə görüşəcək.

10:27

65 kq çəki dərəcəsində Toğrul Əsgərov 1/16 finalda rusiyalı İlyas Bekbulatovla görüşüb. O, gərgin keçən görüşdə rəqibini 3-1 məğlub edib.

10:37

Təmsilçimiz Xetaq Qazyumov 1/16 finalda polşalı Radoslav Baran ilə görüşüb. O, rəqibini 4-0 məğlub edib.

10:54

Yaşar Əliyev 1/8 finalda fransalı Zuxeyr Ouarraqe ilə qarşılaşıb. O, rəqibini 3-1 məğlub edib. Yaşar Əliyev 1/4 finalda erməni Qarik Barseqyanla qarşılaşacaq.

11:19

Sərbəst üsulla güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov 1/8 finalda moldovalı Mixail Sava ilə görüşüb. O, rəqibini 4-0 məğlub edib.

11:31

Cəbrayıl Həsənov 1/8 finalda macar Mixail Naqi ilə qüvvəsini sınayıb. O, rəqibini 4-0 məğlub edib.

12:19

Cəbrayıl Həsənov 1/4 finalda türkiyəli Soner Dəmirdaşla görüşüb. O, rəqibinə 5-0 məğlub olub.

12:22

Təmsilçimiz Xetaq Qazyumov 1/8 finalda moldovalı Nikolay Ceban ilə görüşüb. O, rəqibini 3-0 məğlub edib.

12:33

Yaşar Əliyev 1/4 finalda erməni Qarik Barseqyanla qarşılaşıb. O, rəqibini 3-1 məğlub edib.

13:03

Təmsilçimiz Xetaq Qazyumov 1/4 finalda bolqar İbrahim Səidau ilə görüşüb. O, rəqibini 3-1 məğlub edib və yarımfinala yüksəlib.

13:06

Toğrul Əsgərov 1/4 finalda fransalı Maksim Fique ilə görüşüb. O, rəqibini 4-0 məğlub edib və yarımfinala yüksəlib.

13:32

Təmsilçimiz Xetaq Qazyumov yarımfinalda rus Əbdüsalam Qadisovla görüşüb. O, rəqibini 3-1 məğlub edib və finala yüksəlib.

13:43

Yaşar Əliyev yarımfinalda rus Viktor Lebedevlə qarşılaşıb. O, rəqibinə 3-1 məğlub olub. Əliyev bürünc medal uğrunda mübarizə aparacaq.

13:47

Cəbrayıl Həsənov təsəlliverici mərhələdə fin Henri Seleniusla görüşüb. O, rəqibini 4-0 udub. Həsənov bürünc medal uğrunda bolqar Kiril Terziyevlə qarşılaşacaq. Görüş bu gün 20:07-də baş tutacaq.

14:02

Toğrul Əsgərov yarımfinalda belaruslu Azamat Nurykau ilə görüşüb. O, rəqibini 3-1 məğlub edib və finala yüksəlib.

14:49

Toğrul Əsgərov finalda italiyalı Frank Markezlə görüşəcək. Qarşılaşma 19:35-də başlayacaq.

***

Təmsilçimiz Xetaq Qazyumov finalda gürcü Elizbar Odikadze ilə görüşəcək. Qarşılaşma 21:00-da başlayacaq.

***

Yaşar Əliyev bürünc medal uğrunda türkiyəli Sezar Akgüllə güləşəcək. Görüş bu gün 19:07-də baş tutacaq.

19:12

Yaşar Əliyev bürünc medal uğrunda türkiyəli Sezar Akgüllə güləşir.

19:16

Yaşar Əliyev bürünc medal uğrunda türkiyəli Sezar Akgüllə güləşdi, təmsilçimiz vaxtından əvvəl rəqibinə məğlub olaraq (8-3) bürünc qazanmaq şansını əldən verdi.

19:42

Toğrul Əsgərov finalda italiyalı Frank Markezlə görüşür.

19:45

Toğrul Əsgərov finalda italiyalı Frank Markezlə görüşdü və idmançımız italiyalı rəqibinin kürəyini tam yerə vurduğu üçün vaxtından əvvəl qalib gəldi. Toğrul millimizin 20-ci medalını qazandı.

Qeyd edək ki, Əsgərovun final görüşünü Prezident İlham Əliyev və ailəsi izlədi.

20:00

Cəbrayıl Həsənov bürünc medal uğrunda bolqar Kiril Terziyevlə qarşılaşır.

20:05

Həsənov bolqar idmançıya asanlıqla qalib gələrək bürünc mükafatı əldə etdi.

20:55

Təmsilçimiz Xetaq Qazyumov finalda gürcü Elizbar Odikadze ilə görüşür.

21:04

Təmsilçimiz Xetaq Qazyumov finalda gürcü Elizbar Odikadze ilə qarşılaşdı və görüşdən qalib ayrıldı. Bununla Qazyumov 22-ci medalımızı qazandı.

Tarix
2015.06.17 / 21:04
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Əli Əsədov Gürcüstana gedir

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

Əliyevdən Ərdoğana: Sınaqlardan çıxmış əsl dostluq...

İlham Əliyev Ərdoğana məktub göndərdi

Ceyhun Bayramov Türkiyəyə getdi

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla