Yuxarı

Uduzan idmançımız danışdı

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uduzan idmançımız danışdı

Kamandan oxatma üzrə 1/32 final mərhələsində kişilərin fərdi yarışında rusiyalı Bair Tsybekdorzhievə məğlub olan Azərbaycan təmsilçisi Aleksey Kopnin keçirdiyi yarış barədə təəssüratlarını bölüşüb:

"Rusiya idmançıya uduzub mübarizəmi dayandırsam da, amma yaxşı nəticə göstərdim. Öz yarışımı bəyəndim. O da yaxşı atdı, mən də. Amma bir az xal çatmadı ki, mən onu uda bilim. Aramızdakı 4 xal fərqi əslində elə də böyük deyil. Çox həyəcanlanmışdım, azarkeşlər "vur, vur" qışqırırdı. Əlimdən gələni elədim ki, qalib olum, amma alınmadı. İnanıram ki, digər oxatanlarımız yaxşı nəticə göstərib rəqiblərini uda biləcəklər".

11 ildir kamandan oxatma ilə məşğul olduğunu deyən A.Kopnin 4 ildir daha müntəzəm fəaliyyət göstərdiyini deyib.

"Respublika çempionu da olmuşam, Gürcüstandakı yarışda 1-ci yeri tutmuşuq. Avropada 72 nəfər oxatan arasında 9-cu yerə yüksəlmişəm. Ən yaxşı nəticəni İslam Həmrəyliyi Oyunlarındakı gümüş medalı sayıram. Komanda yarışında 2-ci yerə çıxdıq, sonra Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdük, bizi təbrik elədi".

Azərbaycan dilində danışan A.Kopnin milliyyətcə azərbaycanlı olduğunu söyləyib: "Bakıda doğulmuşam və burada yaşamışam, atam rus, anam azərbaycanlıdır".

Tarix
2015.06.20 / 13:21
Müəllif
Əli Taleh
Digər xəbərlər

Ərdoğanın Əliyevə zəngi ilə 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla