Yuxarı

Fovler: "Mən məhv olmuş vəziyyətdəyəm"

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fovler: "Mən məhv olmuş vəziyyətdəyəm"

Bakı-2015 ilk Avropa Oyunlarında bugün baş tutmuş boks yarışlarında, böyük britaniyalı Antoni Fovler, orta çəki dərəcəsində (75kq) italiyalı yeniyetmə Salvatore Kavallaroya şok məğlubiyyətindən sonra hakimlərdən narazı qalıb.

Axar.az xəbər verir ki, Birləşmiş Krallığın çempionu, birinci raundda 19 yaşlı rəqibinin xeyrinə qərar çıxarıldıqdan sonra, yaranmiş vəziyyəti "bərbad" adlandırıb. İki raundda qalib gəldiyini düşünən Fovler, məğlub olduğunu oyunun sonunda öyrənib və nəticədən olduqca heyrətə gəlib.

"Deməyə sözüm yoxdur. Mən elə düşünürdüm ki, ilk iki raundda qələbə çalmışam. Sonuncu raundda isə rəqibim kənara qaçdığından, kimin qalib gəldiyi aydın deyildi. Mən bir neçə dəfə ona ağrılı zərbələr endirmişdim və düşünürdüm ki, o buna görə yan qaçır. Rəqibim mənim qüvvəmi hiss etmişdi və orada mənimlə üz-üzə qalmaq istəmirdi. Mən indi məhv olmuş vəziyyətdəyəm".

Fovler, bu məğlubiyyətdən məyus olaraq həvəsdən düşdüyünü bildirsə də, bu uğursuzluğun, onun Sofiya 2015 Avropa Çempionatında iştirakına təsir etməyəcəyini deyib.

Tarix
2015.06.21 / 22:36
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla