Yuxarı

İdmançılarımız medalsız qaldı - Yeniləndi

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
İdmançılarımız medalsız qaldı - Yeniləndi

Bu gün I Avropa Oyunları çərçivəsində atıcılıq yarışları başa çatacaq.

Axar.az xəbər verir ki, qarışıq komanda halında 10 metrdən hava tüfəngi ilə atəşaçma, 10 metrdən hava tapançası ilə atəşaçma və dairəvi stend yarışları keçiriləcək.

Qarışıq komanda halında 10 metrdən hava tapançası ilə atəş və dairəvi stend yarışlarında Azərbaycan idmançıları da iştirak edirlər.

Yarışların son günü 3 dəst medal oynanılacaq.

***

Hər üç növdə yarışlar davam etsə də, artıq Azərbaycan təmsilçiləri çıxışını başa vurub. Belə ki, tapançadan atəş açmaqda İradə Aşumova ilə Ruslan Lunyov qüvvəsini sınayıb. İdmançılarımız 473 xal toplayaraq, təsnifat mərhələsində 17 komanda arasında 10-cu yeri tutub. Komandamızın aktivinə Lunyov 240, Aşumova 233 xal yazdırıb. Bu nəticə isə təmsilçilərimiz yarımfinala yüksəlməsi üçün kifayət etməyib.

Dairəvi stenddə Emin Cəfərovla Nurlana Cəfərova hədəf önünə keçib. Onlar 87 xal toplayaraq, 11 komanda arasında sonuncu olub. Avropa Oyunlarındakı son çıxışında Emin 44, Nurlana isə 43 xal yığıb. Bununla da təmsilçilərimiz yarımfinala vəsiqə qazanmayıb.
Tarix
2015.06.22 / 09:50
Müəllif
Əli Taleh
Digər xəbərlər

Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla