Yuxarı

Erməni samboçu Bakıda xəstəxanaya aparıldı

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni samboçu Bakıda xəstəxanaya aparıldı

I Avropa Oyunları çərçivəsində Azərbaycanda olmuş erməni idmançı xəstəxanaya aparılıb.

İyunun 22-də keçirilmiş sambo yarışlarında 52 kq çəki dərəcəsində tatami üzərinə çıxan rusiyalı idmançı Anna Xaritonova Ermənistan təmsilçisi Sosa Balasanyanla qarşılaşıb. 4-0 hesabı ilə qalib gələn Rusiya təmsilçisinin fəndi zamanı ermənistanlı samboçu zədələnib və o, kəllə-beyin travması şübhəsi ilə xəstəxanaya aparılıb.

Xəstəxanada S. Balasanyana yüksək səviyyədə ilkin tibbi yardım göstərilib. Bunu idmançının səhhəti barədə APA-ya danışan Avropa Oyunlarında Ermәnistan nümayәndә heyәtinin press attaşesi Karen Qilayan bildirib. O deyib ki, Balasanyanın səhhətində ciddi problem yoxdur: "Güləşərkən o, boyun zədəsi aldı və ona təcili tibbi yardım göstərildi. Müəyyən olundu ki, bu, adi boyun burxulmasıdır və indi hər şey normaldır, heç bir problem yoxdur. İdmançımız artıq vətənə qayıdıb".

Azərbaycanlı həkimlərin S.Balasanyanı müayinə etməsinə münasibət bildirən K.Qilayan vurğulayb ki, ciddi müalicəyə ehtiyac olmayıb: "İdmançımız tibb mərkəzində 2-3 saat saxlanıldı, həkimlər rentgen etdilər, sonra isə Atletlər Kəndindəki poliklinikada da müayinədən keçirdilər. Müayinə zamanı hər hansı ciddi problemin olmadığı müəyyənləşdi".

Tarix
2015.06.23 / 22:36
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla