Yuxarı

Üzgüçülük: İdmançılarımızın növbəti sınağı – Canlı yayım

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Üzgüçülük: İdmançılarımızın növbəti sınağı – Canlı yayım

09:52

Bu gün Bakı-2015 I Avropa Oyunlarında üzgüçülük yarışlarında 9 dəst medalın sahibi müəyyənləşəcək.

Axar.az xəbər verir ki, Bakı Su İdmanı Mərkəzində keçirilən yarışlarda Azərbaycanı 5 idmançı təmsil edəcək.

Təmsilçilərimizdən Murat Ayhan və Anton Jeltyakov 50 m brass üsulu ilə üzməkdə qüvvəsini sınayacaq. Bu növdə yarışlar 09:40-da başlayacaq.

Aysu Bayramova isə 100 m məsafəyə batterflay üsulu ilə üzəcək. O, saat 10:26-da start xəttinə çıxacaq.

200 m arxası üstə üzməkdə mübarizə aparacaq Qriqori Kalminski saat 10:11-də qüvvəsini sınayacaq. Eyni üsulla 50 m məsafə qət edəcək Yuliya Stisyuk 09:30-da mübarizəyə qoşulacaq.

11:24

Təmsilçilərimizdən Murat Ayhan və Anton Jeltyakov 50 m brass üsulu ilə üzməkdə qüvvəsini sınayıb. Sonuncu 29,21 saniyə nəticə ilə ümumi hesabda 19-cu olub. Ayhan isə finiş xəttinə 34,02 saniyəyə çataraq, sonuncu olub. Hər iki təmsilçimiz mübarizəni dayandırıb.

100 m məsafəyə batterflyay üsulu ilə üzən Aysu Bayramova finişə 1 dəqiqə 6,20 saniyəyə çatıb. 36 idmançı arasında sonuncu olan üzgüçümüz yarışı başa vurub.

200 m arxası üstə üzməkdə mübarizə aparan Qriqori Kalminski 2.09,69 nəticə göstərib. O, 39 iştirakçı arasında 31-ci olaraq, yarımfinala çıxa bilməyib. Eyni üsulla 50 m məsafə qət edən Yuliya Stisyuk 31,05 saniyəyə üzüb. O, 47 idmançının çıxış etdiyi yarışda 45-ci olub.

Tarix
2015.06.25 / 11:24
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda gənc çağırış zamanı şok yaşadı - Video

Burada Əliyev və Putin əsas rol oynayıb - Korotçenko

Manatın məzənnəsi barədə qərar verildi

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin cəzası bəlli oldu

Suşi sexində ciddi nöqsanlar aşkarlandı

Baş nazirdən “Sea Breeze Resort”la bağlı qərar

Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi...

Baş nazirdən bu rayonlarla bağlı qərar

Azərbaycan Türkiyəyə başsağlığı verdi

Bakıda QH-nin qərargahı yaradılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla