Yuxarı

Qızıl medalçımız özünə maşın aldı - Foto

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qızıl medalçımız özünə maşın aldı - Foto

Bakı-2015 I Avropa Oyunlarında Azərbaycana qızıl medal qazandıran Ayxan Tağızadə özünə yeni avtomobil alıb.

ANS-in məlumatına görə, taekvondo üzrə kişilər arasında 68 kiloqram çəkidə qızıl medalın sahibi bunu öz instagram səhifəsində paylaşıb. "Dodge" markalı maşının fotosunu paylaşan Ayxanın bunu hansı qiymətə aldığı bilinmir.


İyunun 12-dən 28-nə kimi ölkəmizdə keçirilən Avropa Oyunlarında milli komandamız 21 qızıl, 15 gümüş, 20 bürünc medalla ikinci pillənin sahibi olmuşdu.

Onlara verilən mükafatlara gəlincə isə I yer tutmuş hər bir idmançıya 150 min manat (Prezidentin sərəncamı ilə 100 min + MOK tərəfindən 50 min), II yerə sahib çıxanların hər birinə 80 min manat (Prezident sərəncamı ilə 50 min + MOK tərəfindən 30 min), bürünc medal qazanmış hər bir idmançıya isə 50 min manat (Prezident sərəncamı ilə 30 min + MOK tərəfindən 20 min), pul məbləği ayrılmışdı.

Birinci Avropa Oyunlarında taekvandoçumuz Ayxan Tağızadə Azərbaycan millisinə 11-ci qızıl medalı qazandırıb.

ANS-in məlumatına görə, taekvandoçumuz finalda polşalı idmançı Karl Robakla qarşılaşıb.

Döyüş çox gərgin keçib. 3-cü raund 9:9 hesabı ilə başa çatdığına görə, 4-cü raunda ehtiyac yaranıb. İdmançımız bu raunda qələbə qazanıb.

Tarix
2015.07.06 / 17:23
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla