Yuxarı

İspaniya günahını yumağa, Hollandiya sindromu qırmağa tələsir

Ana səhifə DÇ-2014
12 Punto 14 Punto 16 Punto 18 Punto
İspaniya günahını yumağa, Hollandiya sindromu qırmağa tələsir

Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.

Axar.az xəbər verir ki, bu gün daha 3 qarşılaşma keçiriləcək. Azarkeşlərin səbirsizliklə gözlədiyi B qrupunun ilk oyunu olan Avstraliya və Hollandiya milliləri bu axşam üz-üzə gələcək. Bakı vaxtı ilə saat 21:00-da başlanan oyunun bir çox maraqlı xüsusiyyətləri var.

Maraqlısı budur ki, Hollandiya indiyədək Avstraliyanı məğlub edə bilməyib. Aralarında keçirilən 3 oyundan ikisi heç-heçə, bir oyun isə Avstraliyanın qələbəsi ilə bitib.

Qrupun digər oyununda İspaniya Çilini sınağa çəkəcək. Bu görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bu komandaların əvvəlki oyunlarına nəzər saldıqda İspaniyanın açıq-aşkar üstünlüyü var. Aralarında keçirilən 6 oyundan 4-də İspaniya qalib gəlib. Yalnız 1 dəfə heç-heçəni bacaran Çili yığması 1 oyundan qalib ayrılıb.

Gecənin sonuncu qarşılaşması A qrupunda yer alan Kamerun–Xorvatiya milli komandaları arasında baş tutacaq. İlk dəfə yaşıl meydanda üz- üzə gələcək bu komandaların matçı Bakı vaxtı ilə 03:00-da start götürəcək.

Tarix
2014.06.18 / 17:30
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla