Braziliyada keçirilən futbol üzrə dünya çempionatında D,
E və F qrupunda II turun qarşılaşmaları keçiriləcək.
Axar.az xəbər verir ki, D qrupunda mübarizə aparan komandalardan
İtaliya və Kosta-Rika qarşılaşacaq. Bu komandalar tarixləri ərzində
1 dəfə qarşılaşıb və Avropa təmsilçisi rəqibinə 1-0 hesabı ilə
qalib gəlib.
E qrupunda da iki qarşılaşma keçiriləcək. İlk öncə meydana
İsveçrə və Fransa milliləri çıxacaq. Hər iki komanda ilk turda
qələbə qazandıqları üçün, bu görüşdə qalib gələn tərəf böyük ölçüdə
1/8 finala vəsiqəni təmin etmiş olacaq. Fransa və İsveçrə indiyədək
öz aralarında 36 qarşılaşma keçirib ki, bu görüşlərdən də 15-də
Fransa, 12-də İsveçrə qalib gəlib.
E qrupunun digər qarşılaşması Ekvadorla Honduras arasında baş
tutacaq. Hər iki komanda ilk turda məğlub olduqları üçün bu görüşdə
məğlub olmamağa çalışacaq. Bu komandalar da tarixləri ərzində 13
dəfə görüşüb. 3 dəfə Ekvador, 2 dəfə Honduras qalib olub. 8 görüşdə
isə tarazlıq pozulmayıb.
Qeyd edək ki, İtaliya - Kosta-Rika, İsveçrə - Fransa və Honduras
- Ekvador matçları Axar.az-da canlı yayımlanacaq.
"Topaz" proqramının aşağıda qeyd edilən oyunlara verdiyi
əmsalları fotolarla təqdim edirik:
20 iyun
D qrupu
21:00 İtaliya – Kosta-Rika
Hakim: Enrike Osses (Çili)
Resifi. "Arena Pernambuko"
21 iyun
E qrupu
00:00 İsveçrə - Fransa
Hakim: Byörn Kuypers (Hollandiya)
Salvador. "Arena Fonte-Nova"
03:00 Honduras – Ekvador
Hakim: Bencamin Uilyams (Avstraliya)
Kuritiba. "Arena Bayşada"