Yuxarı

“Heydər Əliyev-100. Çin səfəri...” kitabı təqdim olundu

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Heydər Əliyev-100. Çin səfəri...” kitabı təqdim olundu

Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi və Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasovun tərtib etdiyi Ümummilli lideri Heydər Əliyevin Çin Xalq Respublikasına rəsmi səfərinə həsr olunmuş "Heydər Əliyev - 100. Çin səfərinin tarixi" kitabının təqdimatı keçirilib.

Axar.az xəbər verir ki, Konfutsi İnstitutu tərəfindən nəşr olunan kitabın təqdimatında Çin Xalq Respublikasının Azərbaycandakı səfirinin müavini Din Tao, səfirliyin nümayəndələri və universitetin əməkdaşları, eyni zamanda tələbələr iştirak edib.

Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli kitab haqqında ətraflı məlumat verib. Bildirib ki, Ulu öndər Heydər Əliyev Çin Xalq Respublikası ilə uğurlu diplomatik əlaqələr yaratmışdı. Bugünkü geniş əlaqələrin əsası məhz 1994-cü ildə ulu öndərin Çinə olan tarixi səfəri zamanı qoyulmuşdu.

ADU-nun rektoru akademik Kamal Abdulla kitabın çap olunmasını yüksək qiymətləndirib. Bildirib ki, ADU ilə Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyi arasında səmərəli əməkdaşlıq mövcuddur.

Təqdimatda həmçinin Ulu öndərin 1994-cü ildə Çinə etdiyi səfəri əks etdirən videoçarx nümayiş olunub.

Tarix
2023.05.04 / 15:04
Müəllif
Axar.az
Digər xəbərlər

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla