Yuxarı

Zəlimxan Yaqub vəfat etdi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəlimxan Yaqub vəfat etdi

Azərbaycanın xalq şairi, ictimai xadim Zəlimxan Yaqub vəfat edib.

Bu barədə Report-a onun ailəsi məlumat verib.

Şairin sabah dəfn ediləcəyi gözlənilir.

O, uzun müddətdir böyrək xəstəliyindən əziyyət çəkirdi.

Zəlimxan Yaqub 21 yanvar 1950-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

1995-2005-ci illərdə Milli Məclisin deputatı olub.

2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.

1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvü idi.

Z.Yaqub 20-dən artıq şeir kitabının müəllifidir. Şairə həsr edilmiş bir neçə sənədli film çəkilib.

Allah rəhmət eləsin!

Tarix
2016.01.09 / 17:17
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü: mühüm müzakirə... - Foto

İlham Əliyev Nuveysi qəbul etdi

İllik təhsil xərclərinin miqdarı təsdiqləndi - Rəsmi

Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla