Yuxarı

Prosineçki millidən gedir? - AFFA-dan açıqlama

Ana səhifə Foto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prosineçki millidən gedir? - AFFA-dan açıqlama

Yaxşı məşqçilərə hər zaman təkliflər gəlir. Bu, normal haldır. Lakin Robert Prosineçki çox peşəkar mütəxəssisdir. Öz müqaviləsinə hörmətlə yanaşır.

Axar.az bildirir ki, bunu Report-a AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin İspaniya və Türkiyə klublarından təklif almasına dair çıxan xəbərlərə münasibət bildirərkən deyib.

E.Məmmədov bildirib ki, xorvat mütəxəssisin mövsümlərarası fasilədə xarici klublardan birinin sükanı arxasına keçmək ehtimalı yoxdur. O, təkliflərlə bağlı R.Prosineçki ilə danışdığını söyləyib:

"2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi davam edir. İyunun 10-da Şimali İrlandiya ilə matçımız var. Klublardan gələn təkliflərlə bağlı Prosineçki ilə danışmışam. Qısa söhbətimiz olub. Özündən soruşdum. Dedi ki, yalnız "Bursaspor"dan deyil, digər klublardan da təkliflər olub. Ancaq həmin təkliflərdən imtina edib".

Qeyd edək ki, son günlər Robert Prosineçkini adı Türkiyənin "Bursaspor" və İspaniyanın "Valensiya" klubu ilə yanaşı çəkilməkdədir.

Tarix
2017.04.30 / 23:39
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla