Yuxarı

Birinci xanımın anasının unikal - Fotoları

Ana səhifə Foto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Birinci xanımın anasının unikal - Fotoları

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın anası, görkəmli şərqşünas alim və tərcüməçi Aida İmanquliyevanın unikal fotosu Axar.az-ın ünvanına göndərilib.

Adının açıqlanmasını istəməyən tanınmış ziyalının göndərdiyi və indiyədək heç yerdə dərc olunmadığını bildirdiyi fotolarda Aida İmanquliyeva AMEA-nın müxbir üzvü Böyükağa Hüseynov və akademik Ziya Bünyadovla görüntülənir. O, arxivlərdən tapdıqca, daha başqa tarixi fotoların da yayılmasına çalışacağını vəd edir.

Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində anadan olub. 132 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil alıb. Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirib (1966), Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, baş elmi işçi (1966-1976), ərəb filologiyası şöbəsinin müdiri (1976-1988), elmi işlər üzrə direktor müavini (1988-1991), həmin institutda direktor vəzifəsində çalışıb (1991-ci ildən).

Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü (1987) və cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olub (1983-cü ildən). Moskva, Bakı, Düşənbə, Hamburq (ADR) şəhərlərində keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış edib.

Aida xanım 1992-ci il sentyabrın 19-da Bakıda dünyasını dəyişib.

Xatırladaq ki, Aida İmanquliyeva məşhur jurnalist, "Bakı"-"Baku" qəzetlərinin uzun illər Baş redaktoru olmuş Nəsir İmanquliyevin qızıdır.

Tarix
2014.06.24 / 18:21
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla