Yuxarı

Çin Mübariz İbrahimovun şəklini satışa çıxardı - Foto

Ana səhifə Foto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində üzərində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəkilləri olan telefon aksessuarları satışa çıxarılıb.

Bu barədə məlumatı Publika.az-a həmin ölkədə yaşayan soydaşımız İlham Əlisoy bildirib. O qeyd edib ki, telefon üzlüklərinin üzərində Milli Qəhrəmanımızın hərbçi formasında çəkdirdiyi şəkli yerləşdirilib.

Aksessuarlar Çinin bir sıra iri ticarət mərkəzlərində satılır. Həmin ölkədə yaşayan soydaşlarımız aksessuarları eyni zamanda respublikamıza da ixrac etməyə başlayıblar.

Telefon üzlükləri 27 Çin yuanına satılır. Maraqlıdır ki, bu üzlükləri alanlar arasında Çin, sifarişçilər arasında isə Azərbaycan vətəndaşları var.

Görünən budur ki, Milli Qəhrəmanın fotosunun aksessuarlara yapışdırılmasında məsələnin mənəvi tərəfi ilə yanaşı, maddi maraq da var. Kimlərsə Mübariz İbrahimovun fotolarından yararlanaraq sifariş etdikləri maldan pul qazanmaq istəyirlər. Maraqlıdır, bununla bağlı sifarişçilərlə İbrahimovlar ailəsi arasında razılaşma olubmu? Məsələyə ailə üzvlərinin münasibəti necədir?

Mübariz İbrahimovun atası Agakərim İbrahimov bildirdi ki, bununla bağlı ona və ailənin digər üzvlərinə heç bir müraciət edilməyib. Onun oğlunun şəklinin telefon aksessuarlarına yapışdırılması ilə bağlı ailə üzvlərindən razılıq alınmayıb.

Lakin bununla belə, atası Mübarizin fotosunun telefon aksessuarlarının üzərində əks olunmasındaqəbahət görmür. Bu səbəbdən də narazılığı yoxdur.

Milli Məclisin deputatı Zahid Orucun isə narazılığı var. O bildirir ki, belə halların - tanınmış şəxslərin, tarixi şəxsiyyətlərin adından, fotolarından istifadə hallarının qarşısını almaq çətindir: "Hətta elm, mədəniyyət, incəsənət sahəsinə aid şəxslərin özləri ilə yanaşı, onların əqli mülkiyyət hüququna aid olan materiallardan, məhsullardan istifadə edilir. Ayrı-ayrı sənət adamlarının şəkillərindən brend yerinə yararlanırlar. Bəziləri cəmiyyətdə populyar olan bu şəxslərin nüfuzundan yararlanmağa çalışırlar".

O ki qaldı Milli Qəhrəmanımızın fotolarından istifadə edənlərin cəzalandırılıb-cəzalandırılmamasına, milli məclisin üzvü deyir ki, bu, yerli və beynəlxalq qanunvericiliyə əsasən müxtəlif cərimələr formasında həyata keçirilə bilər: "Amma belə halların qarşısını birdəfəlik kəsmək qeyri-mümkündür. Hər bir ölkədə, o cümlədən respublikamızda bundan maksimum istifadə edirlər. Bu, dünyəvi prosesdir. Mübariz İbrahimov yalnız ölkəmizdə deyil, dünya azərbaycanlıları arasında da öz qəhrəmanlığı ilə məşhurdur. Hər kəs bu cür qəhrəmanlığı öyür, onu təbliğ edir. Bu mənəviyyat hadisəsi kimlər üçünsə ticari kampaniyanın bir elementidir. Əgər bu hadisə ölkə daxilində baş versəydi, bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hüquqi addım atıla bilərdi. Lakin dünya çapında belə bir addım atmaq mümkün olsa da, onun qarşısını almaq çətindir. Mənə elə gəlir ki, onun ailə üzvləri bununla bağlı konkret iddiada bulunaraq cavabdehlik daşıyan şirkətdən hər hansı ödəmələr əldə edə bilərlər. Bundan başqa cəza mexanizmlərini formalaşdırmaq qeyri-mümkündür. Mübariz İbrahimovun fotosunun Çində aksessuarlarda simvol kimi istifadə olunması onun böyüklüyünü əngəlləmir. Amma məsələnin başqa tərəfi də var – ailənin hüququ. Onların adından vəkil təyin edilə, məhkəmədə iddia qaldırıla bilər".

Z.Oruc qeyd etdi ki, beynəlxalq təcrübədə belə hallara dəfələrlə rast gəlinib: "Ayrı-ayrı şəxslərin sənət əsərləri, fotoları, adları simvol kimi istifadə edilir. Silvester Stallone Rembo adı ilə dünya çapında bir şəxsə çevrildi. O, bir çox ölkələrdə qəhrəmanlıq simvoludur. ABŞ belə real-mifik obrazın qarşısını kəsə bilərmi? Əlbəttə xeyr".

Deputatın sözlərinə görə, biz də bunu belə qarşılamalıyıq:

"Qoy Azərbaycanın Milli Qəhrəmanı dünya çapında belə yayımlansın. Zənnimcə, prosesin yayılmasının qarşısını kəsmək lazım deyil. Biz mütləq şəkildə bunun mənfi tərəfini qabartmalı deyilik. Nəzərə almalıyıq ki, bu şəxs bir ailənin miqyasından çıxıb. Mübariz və onun kimi digər şəxsiyyətlər öz miqyaslarına görə daha geniş miqyasda tanınırlar. Ticari məsələlərdəki belə hal Milli Qəhrəmanımızın böyüklüyünə xələl gətirmir. Xüsusən Mübariz ermənilər üçün fərqli məna kəsb edir".

Milli Məclisin deputatı Fazil Mustafa da həmkarı ilə eyni mövqeni bölüşür: "Əgər belə bir hal varsa, buna müsbət yanaşmaq lazımdır. Hər kəs qəhrəmanlarımızın tanıdılması istiqamətində iş görməlidir. Milli Qəhrəman Mübariz İbrahimov da buna layiq insanlardandır. Qəhrəmanımızın iqtisadi, ticari yolla tanıdılmasına ayrı-ayrı azərbaycanlıların müəyyən vətənpərvərlik duyğusu ilə məsələyə yanaşması da həlledici rol oynayır".

Deputat hesab edir ki, bu məsələ ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın əməyi ilə həyata keçibsə, buna müsbət yanaşmaq lazımdır: "Lap ortada kommersiya marağı olsun. Tutaq ki, qəhrəmanın fotosu olan aksessuar pulla satılır. Əcnəbilər kənardan baxıb görürlər ki, bu, Azərbaycan xalqının qəhrəmanıdır. Onlar, ən azından, "bu şəxs nə uğrunda döyüşüb" sualını verəcəklər. Həmin nöqteyi-nəzərdən bunun heç bir zərəri yoxdur, əksinə, faydası var.

O ki qaldı Mübariz İbrahimovun ailəsindən bununla bağlı icazənin alınmasına, Mübariz təkcə ailəsinin qəhrəmanı deyil. Qəhrəman xalqa məxsusdur. Bundan ötrü onun ailəsindən icazə almağa nə ehtiyac var ki? Bu, hər hansı sahəyə aid əsər deyil ki, ondan istifadə etdikdə kimdənsə icazə, razılıq alasan. Mübariz İbrahimov Azərbaycan xalqının qəhrəmanıdır və hər hansı azərbaycanlı ölkəmizdən kənarda onun təbliği üçün nəsə edə bilər".

Tarix
2015.11.16 / 12:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla