İnsanların müxtəlif zamanlarda gerçək sandığı
fotoşəkillərin bu günümüzdə düzəlmə şəkil olduğu ortaya çıxınca bir
vaxtlar necə aldadıldığımızın fərqinə indi varırıq. Cəmiyyətdə
müxtəlif yöndə fikir formalışdıran, əslində isə montaj olan bu
şəkillərin bir neçəsini təqdim edirik.
1. Şimali Koreyanın köhnə lideri Kim Jong Elin 2010-cu ildə
çəkilmiş bu fotoşəkilə sonradan əlavə olunduğu görünür. Fotoşəkildə
liderin və əsgərlərin kölgələri fərqli istiqamətə düşüb.
2. İran İnqilab Keşikçiləri iyun ayındakı bomba sınağında 9
ballistik mərmiylə dünyaya bir mesaj vermək istəyib. Ancaq
mərmilərdən biri işə düşməyincə, "fotoşop"la başqa bir fotoşəkil
hazırlanıb.
3. Meksika körfəzindəki neft sızıntısına cavabdeh olan "BP"nin
"fotoşop" oyunu mətbuata belə əks olunmuşdu. Sonradan şirkət
ssözçüsü Skot Dean mərkəzə aid fotoşəklin üzərində fəaliyyət
səviyyəsini daha yüksək göstərmək məqsədilə iş görüldüyünü etiraf
edib.
4. Bloqçu Bryan Barretin diqqət çəkdiyi görüntüdə "BP"
vertolyotlarından biri görünür. Ancaq helikopterin havada, yoxsa
yerdə olduğunu aydınlaşdırmaq olmur. Görüntüdə həm idarə qülləsi,
həm də dənizdəki gəmilər var. Yüksəklik ölçən cihaz çox aşağı
səviyyəni əks etdirir.
5. İosif Stalin diktatorluğu müddətində uyğun hesab etmədiyi bir
çox fotoşəkildə dəyişiklik etdirib. Stalin bəzən şəkillərdə
xoşlamadığı bir adamı yanından sildirib, bəzən də kafi görünməyən
izdihamdakı adamların sayını artırmağı əmr edib.
6. "Lightly Braised Turnip"də nəşr olunan yalan xəbərdə Fukuşima
nüvə stansiyasından gələn radiasiyadan şüalanaraq 50 metr uzunluğa
çatan bir balığın Kaliforniya sahilinə çıxdığı bildirilmişdi. Bu
görüntü ictimai mediada da böyük əks-səda oyatmağı bacarmışdı.
Ancaq qısa müddət sonra canlının oktyabr ayında İspaniyanın
Kantabria bölgəsindəki La Arena çimərliyinə üz tutan 9 metrlik
"mürəkkəb balıq" olduğu ortaya çıxmışdı.