Yuxarı

Yaxın gələcəkdə Zəngəzur dəhlizi üzərindən... - Bayraqdar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaxın gələcəkdə Zəngəzur dəhlizi üzərindən... - Bayraqdar

Yaxın gələcəkdə Zəngəzur dəhlizi üzərindən bütün enerji resursları və logistik marşrutlar Türkiyəyə çatdırılacaq.

Axar.az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar Türkiyə-Suriya qaz boru kəmərinin açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, hazırda Azərbaycandan elektrik enerjisi Gürcüstan üzərindən Türkiyəyə ötürülür.

“Eyni zamanda Orta Asiyadakı digər enerji mənbələri və logistik imkanlar da Azərbaycan üzərindən Türkiyəyə, oradan isə Avropaya çatdırılacaq”, - deyə o qeyd edib.

A.Bayraqdar əlavə edib ki, Azərbaycanın təbii sərvətlərinin - neft, qaz və elektrik enerjisinin Türkiyəyə ixracı ilə bağlı bütün layihələr paralel şəkildə və koordinasiyalı formada icra olunur:

“Bu istiqamətdə ciddi irəliləyişlər əldə olunub. İndiyədək həyata keçirilən əsas layihələr sırasında Bakı-Tiflis-Ceyhan neft kəmərini, Bakı-Tiflis-Ərzurum qaz boru kəmərini və Naxçıvan-Türkiyə elektrik interkonnektorunu qeyd edə bilərəm”.

Tarix
2025.08.02 / 13:54
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla