Yuxarı

Bakıdan Dəməşqə uzanan enerji körpüsü... – Təhlil

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2 avqust 2025-ci il tarixi Azərbaycanın enerji siyasətində və beynəlxalq münasibətlərində yeni bir səhifə açdı. Bu tarixdən etibarən Azərbaycan qazının Suriyaya nəqlinə başlanılması Cənubi Qafqazın bu güclü dövlətinin enerji ixracatçısı kimi qlobal rolunu daha da möhkəmləndirir və Yaxın Şərqlə əlaqələrini dərinləşdirir. Bu hadisə sadəcə iqtisadi bir məsələ deyil, həm də strateji bir addımdır. Bu addımın arxasında Azərbaycanın regional və beynəlxalq arenada həyata keçirdiyi balanslı və uzaqgörən xarici siyasət dayanır.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu tarixi addımın təməli bu ilin iyul ayında qoyulmuşdu. Antalya Forumu zamanı Azərbaycan və Suriya prezidentləri arasında baş tutan görüş hər iki ölkə arasında münasibətlərin bərpası və inkişafı üçün mühüm bir siqnal oldu. Bu görüşdən cəmi bir neçə gün sonra, iyulun 12-də Suriya prezidentinin Azərbaycana rəsmi səfəri münasibətlərin yeni bir mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Bu səfər zamanı aparılan danışıqlar və əldə olunan razılaşmalar hər iki ölkə üçün faydalı olacaq bir əməkdaşlıq çərçivəsi yaratdı.

Cəmi üç həftə ərzində Azərbaycanın Suriyaya qaz nəqlinə başlaması tarixi hadisədir. Bu hadisənin arxasında humanitar və iqtisadi motivlər dayanır. Prezident İlham Əliyev dəfələrlə Azərbaycanın münaqişədən sonrakı dövrdə Suriyanın inkişafına, bərpa-quruculuq prosesinə töhfə verməyə hazır olduğunu ifadə edib. Bu məqsədlə, Prezidentin tapşırığına əsasən, Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Xarici İşlər Nazirliyinin nümayəndələri Suriyaya səfər edərək ölkənin bərpa və quruculuğuna Azərbaycanın hansı sahələrdə dəstək verə biləcəyini yerindəcə araşdırıblar. Bu səfərlər əsasında əməkdaşlığın gələcək istiqamətləri müəyyən edilib.

Azərbaycan-Suriya əlaqələrinin inkişafı həm də Azərbaycanın Yaxın Şərq siyasətinin bir tərkib hissəsidir. Azərbaycan Avropa və Mərkəzi Asiya istiqamətində fəal siyasət yürütdüyü kimi, Yaxın Şərq regionunda da fəallığı ilə seçilir. Prezident İlham Əliyevin bu siyasəti nəticəsində Azərbaycan hər yerdə olduğu kimi, Yaxın Şərq regionunda da etibarlı tərəfdaş kimi tanınır. Bu etibarlı mövqe Azərbaycanın enerji resurslarının ixracı üçün yeni bazarlar açır və ölkənin geostrateji əhəmiyyətini artırır.

Yeni əməkdaşlıq istiqamətlərindən biri məhz Azərbaycan qazının Suriya bazarına çıxarılmasıdır. Son illərdə Azərbaycan qazına dünyada tələbat getdikcə artır və Azərbaycan qazının diversifikasiyası üçün imkanlar genişlənir. Ölkə təkcə Avropa bazarına deyil, artıq Yaxın Şərq ölkələrinə də öz qazını ixrac etməyə başlayır. Türkiyəyə ixrac, İraqa ixrac istiqamətində potensial imkanlar mövcuddur. Suriya prezidentinin səfəri zamanı bu məsələ də müzakirə olunan əsas mövzulardan olub.

Bu günə qədər Azərbaycan 12 ölkəyə, əsasən də Avropa ölkələrinə qaz ixrac edir. İndi isə Azərbaycan üçün yeni bir coğrafiya formalaşır - Yaxın Şərq. Suriya həm özü Azərbaycan qazını idxal edə bilər, həm də regional qaz ticarətində mühüm tranzit ölkə rolunu oynaya bilər. Bu, sadəcə Suriya üçün deyil, bütün Yaxın Şərq regionu üçün yeni enerji marşrutlarının açılması deməkdir.

Bu istiqamətdə maraqlı perspektivlər mövcuddur. Suriyanı İordaniya ilə birləşdirən qaz kəməri münaqişə nəticəsində dağılsa da, onun bərpası üçün texniki və maliyyə imkanlar araşdırılır. Bu kəmərin bərpası Azərbaycan qazının Suriyadan keçməklə Misirə qədər çatdırılması perspektivini vəd edir ki, bu da Azərbaycan üçün daha geniş bazarlar deməkdir. Suriyanın tranzit rolundan başqa, Azərbaycan həm də elektrik enerjisi ixracı sahəsində yeni imkanlar əldə edir. Ölkəmizdəki bərpaolunan enerji mənbələrinin inkişafı və yeni güc stansiyalarının tikintisi sayəsində Azərbaycanın elektrik enerjisi istehsalı potensialı sürətlə artır. Bu artan potensial Yaxın Şərq regionuna da elektrik enerjisi ixrac etmək üçün yeni yollar açır.

Nəticə etibarilə, 2 avqust tarixi Azərbaycanın enerji diplomatiyasında və Yaxın Şərq siyasətində dönüş nöqtəsi kimi yadda qalacaq. Azərbaycan təkcə etibarlı bir enerji təchizatçısı kimi mövqeyini gücləndirməklə yanaşı, həm də regionda sülhün və inkişafın təşviqinə töhfə verən bir dövlət kimi özünü bir daha təsdiq edir. Bu, ölkəmizin gələcəkdə də beynəlxalq arenada fəal və müstəqil siyasət yürütməyə davam edəcəyinin bariz nümunəsidir. Azərbaycanın Suriyaya qaz nəqli ilə başlayan bu yeni əməkdaşlıq həm iqtisadi, həm də strateji baxımdan hər iki ölkə üçün faydalı olacaq, regional əlaqələrin dərinləşməsinə və Yaxın Şərqdə sabitliyin bərpasına xidmət edəcək.

Suriyaya qaz nəqlinin başlanılması Azərbaycanın Yaxın Şərq enerji və siyasi məkanında güclü aktora çevrildiyini sübut edir və həm Azərbaycan, həm də yaxın Şərq üçün parlaq imkanlar yaradır.

Tarix
2025.08.02 / 15:47
Müəllif
Axar.az
Digər xəbərlər

Yekaterinburqda azərbaycanlılara məxsus bazar ləğv edildi

Azərbaycandan Suriyaya nə qədər qaz ötürüləcək?

Trampın təklifi: Putin 10 günü gözləmədən cavab verdi

Yaxın gələcəkdə Zəngəzur dəhlizi üzərindən... - Bayraqdar

SOCAR Yaxın Şərqdə fəaliyyətini genişləndirəcək

Suriyalı nazir Azərbaycana təşəkkür etdi

Azərbaycan qazının Suriyaya ixracına başlanıldı

Fələstin: Türkiyə bizə lazım deyil – biz yetim deyilik

Azərbaycan hava məkanı Ermənistan üçün açıqdır?

Bu gün tarixi hadisə yaşanacaq: 13-cü dövlət, Yaxın Şərqdə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla