Yuxarı

Zəngəzura qayıdış: ABŞ buna ev sahibliyi etməyi şərəf sayır...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəngəzura qayıdış: ABŞ buna ev sahibliyi etməyi şərəf sayır...

...Və yağış yağdı, sel oldu, şiddətli külək əsdi, evin üstünə gəldi. Ev uçub darmadağın oldu.

İsa Məsih. İncil. Matta. 7:1-29

Gözlər Vaşinqtonda, diqqət Cənubi Qafqazda, zəfər qapısı isə Azərbaycandadır. Cəmi bir neçə saat sonra Çar Rusiyasının süquta uğradığı tarixdən sonra ilk dəfə olaraq Ermənistan Azərbaycana qarşı ərazi iddialarından imtina etməsini rəsmiləşdirən sülh sazişini ilkin formada təsdiq edəcək. Bu, siyasi miqyas və əhəmiyyət etibarilə misilsiz hadisədir.

Bir neçə on il ərzində Azərbaycanı torpaqlarının işğalı faktı ilə dolayısı ilə ağır güzəştlərə çağıran "ümumi dövlət", "Aland modeli", "paket həll", "mərhələli həll" və s. kimi təkliflərin həmmüəlliflərindən olan ABŞ bu gün rəsmi İrəvanın 10 noyabr 2020-ci ildəki kapitulyasiyasının məntiqi davamına ev sahibliyi etməyi şərəf sayır.

Bütün hallarda Ermənistanın regionda oynadığı 30 illik radikal dərəcəli destruktiv mövqeyinə son qoyan, Türküstan coğrafiyası ilə Xəzərin qərbindəki türk arealını quru yolla birləşdirən güc Azərbaycan dövlətidir. Zaman keçdikcə İkinci Qarabağ savaşında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız böyük qələbənin əhəmiyyəti daha çox hiss olunmaqdadır.

Bəli, ermənilər hər şeyin bitdiyini düşünərkən və bizi Bakını belə işğal edəcəkləri ilə təhdid edərkən "şiddətli külək əsdi, evin üstünə gəldi, ev uçub darmadağın oldu".

44 günlük müharibə və 2023-cü ildəki sonuncu antiterror əməliyyatları nəticəsində Azərbaycan XX əsrin sonlarında itirdiyi torpaqlara nəzarəti bərpa etdi, minlərlə mülki vətəndaşını, əsgər və zabitini qətlə yetirən düşməndən qisasını aldı. İndi isə Azərbaycan diplomatiyası zəfərin yaratdığı yeni siyasi reallığı masada da uğurla davam etdirərək XX əsrin əvvəlində itirdiyi Zəngəzura fərqli formada qayıdışı təmin edir. Yolumuzu açıq edən şəhidlərimizin ruhu şad, Prezident İlham Əliyevin canı sağ, ömrü uzun olsun!

D.Trampın iştirakı ilə imzalanması gözlənilən sənədlər:

- Birgə Bəyanatın imzalanması;

- Sülh sazişinin paraflanması;

- ATƏT-in Minsk qrupundan çıxışla bağlı birgə məktubun imzalanması;

- ABŞ-Azərbaycan və ABŞ-Ermənistan arasında ikitərəfli memorandumların imzalanması.

Tarix
2025.08.08 / 16:07
Müəllif
Elməddin Behbud
Digər xəbərlər

Bakı ilə ən uğurlu razılaşma... - Paşinyan

Şura Bakıda keçiriləcək iclasın iş planını təsdiqlədi

Bakı və İrəvan arasında sülh nümunəsi göstərir ki... - Kansler

İlham Əliyev Slovakiya səfərindən paylaşım etdi - Video

Bu, Avrasiyanın xəritəsini tamamilə dəyişəcək - Hacıyev

Prezident Robert Fitso ilə təkbətək görüşdü - Foto

Əliyevlə Fitsonun görüşündə bu mahnımız ifa edildi - Video

Əsrlər boyu böyük imperiyaların tərkibində olmuşuq...

İlham Əliyevin şərəfinə rəsmi ziyafət verildi - Foto

Azərbaycan bu ölkə ilə 5 sənəd imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla