Yuxarı

Tarixi sülh razılaşması Rumıniya mediasında - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tarixi sülh razılaşması Rumıniya mediasında - Foto

Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin paraflanması, o cümlədən ABŞ prezidentinin şahidliyi ilə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında Birgə Bəyannamənin imzalanması məsələsi Rumıniya KİV-də geniş işıqlandırılıb.

Bu barədə Axar.az-a Azərbaycanın Rumıniyadakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, Rumıniyanın “Antena3”, “TVR”, “Digi24” aparıcı KİV-ləri Ağ Evdə mövcud olan ab-havanı təfərrüatı ilə oxucuların diqqətinə çatdırıblar. ABŞ prezidentinin vasitəçiliyi ilə iki ölkə arasında əldə olunan razılaşmaları “Trampın 6 ay ərzində həyata keçirdiyi möcüzə”, razılaşmanı isə tarixi adlandırıblar.

Eyni zamanda, Rumıniya mediası Cənubi Qafqazda sülhün bərqərar olmasını Avropa Birliyinin marağında olduğunu qeyd edir, ABŞ ilə hər iki ölkə arasında energetika, texnoloqiyalar, ticarət və müdafiə sahəsində əldə olunan əməkdaşlıq imkanları regionun inkişafı üçün yüksək qiymətləndirilir.

Həmçinin, Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Trampın Nobel Sülh Mükafatına namizədliyinin dəstəklənməsi barədə bəyannamələri xüsusi vurğulanır.

Bununla yanaşı, Rumıniyanın xarici işlər naziri Oana Tsoyu X sosial şəbəkəsindəki səhifəsində Rumıniyanın ABŞ Prezidenti Donald Trampın fəal köməyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını alqışladığı barədə paylaşım edib.

“Bu, Cənubi Qafqazda davamlı sülh, sabitlik və firavanlığa nail olmaq yolunda mühüm addımdır. Rumıniya Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşmasının tərəfdarıdır”, - o yazıb.

Tarix
2025.08.09 / 17:32
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan gözlənilməz bəyanat: Bakı buna görə razılaşdı...

Nə Sərkisyanın, nə də Paşinyanın mövqeyi... - Marukyan

Azərbaycan XİN-dən Atatürkün Anım Günü ilə bağlı paylaşım

Tokayevin qərarı Türkiyəni narazı sala bilər?

“Müharibə Qəhrəmanı” yüksək addır, yoxsa “Milli Qəhrəman”?

Balasanyan ortaya çıxdı, Bakı ilə bağlı ilk bu sözləri dedi

Azərbaycan UNESKO komitəsinə üzv seçildi

Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı

Azərbaycan iki hücumla bu sistemlərimizi tamamilə məhv etdi

Paşinyan razılaşdı: Bu ərazilər Azərbaycana verilir - Surenyants

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla