Yuxarı

“Şimal”da Bakıya qarşı hərəkat və Əliyev Ağ Evdə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Şimal”da Bakıya qarşı hərəkat və Əliyev Ağ Evdə...

Dünən Vaşınqtonda baş verən hadisə dünya mediasının başlıca müzakirə mövzularından biridir, sevinən də yazır, yasa batan da…

Şübhəsiz, hələ çox yazılacaq, çox təhlillər aparılacaq. Ermənistanın işğalçılıq müharibəsinin alovunda isinənlər, ağlasığmaz xəyallar quranlar, bizim müqavimət gücümüzün tükəndiyinə sevinənlər çox oldu. 35 il dünya özünü kar-kor kimi apardı, axan qanımızı, yerindən-yurdundan qoparılan insanlarımızın faciəsini, dağılan yurdlarımızın fəryadını görməzdən- eşitməzdən gəldi. Dünyanın böyük dövlətləri çeşidli adlar altında “araçılıq” edə-edə xristian təəssübkeşliyi ilə xalqımızı məğlubiyyətlə, torpaq itkisiylə barışdırmağa çalışdılar. Milli birliyi pozmaq üçün aramıza hər cür nifaq toxumu səpmək istədilər. Azərbaycan bu “diplomatiya” tələlərinə düşmədi; “milli dövlətçiliyin qorunması” yolunu tutdu və bu yolda son sözü qalib Azərbaycan Ordusu dedi… Qarabağ savaşındakı qələbəmiz dünyanı silkələdi və bütün xəyanətkar oyunları pozdu…

Beş il öncə qazanılmış qələbənin daha bir təntənəsini və artıq rəsmiləşən, bütün iddialara son qoyan hüquqi yekununu dünən Vaşinqtonda gördük… Bu böyük mərasimin, orada bağlanan müqavilənin, səslənən fikirlərin, dövlət başçılarının çıxışlarının bölgəmiz və Azərbaycan üçün nə qədər önəmli olmasını hər kəs yaxşı bilir. Amma bir cəhət özəlliklə vurgulanmalıdır: həmin gün Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhunun şahlandığı, sevindiyi, qazilərimizin üzünün güldüyü, millətimizin ürəyinin qürurla dolduğu, bizə qarşı hazırlanan xəyanətlərin ifşa olunduğu, milli iradənin şərə meydan oxuduğu gün idi. 9 avqustda Azərbaycanın dünyadakı yeri daha aydın göründü… Eyni zamanda, Ermənistanı silahlandırıb tələm-tələsik revanşızmi körükləyənlərin, şimalda son aylarda başlanan antiazərbaycan hərəkatın səbəbkarlarının da siması ortaya çıxdı. Barışı əngəlləmək və bu işdə təşəbbüsün okeanın o üzünə daşınmasına yol verməmək niyyəti baş tutmadı.

Prezident İlham Əliyevin ABŞ səfəri, bağlanan müqavilə, həm də Amerika-Azərbaycan münasibətləri tarixində yeni bir mərhələnin başlanğıcıdır. İllər uzunu müzakirə mövzusu olan 907-ci düzəlişin tətbiqinin dayandırılması və Minsk Qrupunun ləğvi də Vaşinqton görüşlərinin uğurlu nəticələrindəndir. Ağ Evdən İlham Əliyev öz uca boyu və uca təfəkkürü ilə xalqının, dövlətinin başını ucaltdı…

37 ildən bəri bu günü gözləyən xalqımızı və ömrü mübarizələrdə keçən bütün dostlarımızı ürəkən təbrik edirrəm.

Xalqımıza xeyirlı-uğurlu olsun!

Tarix
2025.08.10 / 08:00
Müəllif
Sabir Rüstəmxanlı
Digər xəbərlər

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla