Yuxarı

Rusiya Zəngəzurda olmayacaq, İran isə... - Marqaryan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Zəngəzurda olmayacaq, İran isə... - Marqaryan

Ermənistan və Azərbaycan Vaşinqtonda əldə edilmiş razılaşma ilə düşmənçiliyə addım-addım son qoyacaq.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə erməni politoloq Armine Marqaryan deyib.

“Bu müqavilə heç də o demək deyil ki, imzalanandan dərhal sonra ermənilər və azərbaycanlılar bir-birinə güvənməyə başlayacaqlar və düşmənçilik səhifəsini bağlayacaqlar. Amma bu sənəd bu prosesin hüquqi əsasını qoyur və tərəflər öz öhdəliklərini yerinə yetirsələr, onda uzunmüddətli perspektivdə Cənubi Qafqazda mühit Ermənistan və Azərbaycan arasında sabit sülh, qarşılıqlı faydalı əməkdaşlıq və dinc yanaşı yaşama lehinə transformasiya oluna bilər. Bu, hələ prosesin başlanğıcıdır, istədiyimiz nöqtəyə çatmaq illərlə zəhmət tələb edir. Ən əsası odur ki, problemlərin hərbi güclə həlli məsələsi minimuma endirilib”, - ekspert bildirib.

Marqaryan Rusiyanın Zəngəzur dəhlizini ələ keçirmək planının pozulduğunu da iddia edib:

“Bu sazişin əsas benefisiarları Azərbaycan, Ermənistan və ABŞ-dır. Rusiyaya gəlincə, əgər onun həyati maraqları Ermənistanda eksterritorial dəhlizi ələ keçirmək, ona nəzarət etmək, Ermənistanın suverenliyini pozmaq sferasında idisə, artıq bu həyati maraqlar pozulub, həm də geridönməz şəkildə.

İrana gəlincə, Prezident Pezeşkian artıq bəyan edib ki, “Tramp yolu” (Zəngəzur dəhlizi) İranın ərazi bütövlüyünün qorunması, Ermənistan və Avropa ilə əlaqəsi tələblərinə cavab verir”.

Politoloq söyləyib ki, Azərbaycan bununla öz əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqə yaradacaq:

“Ermənistan da Azərbaycan vasitəsilə Rusiya, İran, Mərkəzi Asiya və Çinə beynəlxalq dəmir yolu şəbəkəsinə çıxış əldə edəcək”.

Həmçinin Marqaryan əlavə edib ki, Minsk qrupu buraxılmasaydı və ya yenə də Ermənistanda Qarabağdan danışılsaydı, tərəflər bir-birinin ərazi bütövlüyünü tanımaqdan danışa bilməzdi.

Tarix
2025.08.14 / 12:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

İlham Əliyevin bu il ərzində iştirak etdiyi tədbirlərin sayı - Foto

Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Sadiqik!

Vətən müharibəsində xalq buna şahid oldu - Deputat

İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Lavrov Azərbaycan səfirini niyə qəbul etmir? - Qapalı müzakirə

2026-da Azərbaycan və Rusiya əlaqələri necə olacaq?

Zakir Həsənov şəxsi heyəti təbrik etdi

Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla