Yuxarı

Alyaska görüşü: Masada qəhrəman Ukrayna əsgəri olacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alyaska görüşü: Masada qəhrəman Ukrayna əsgəri olacaq

Əgər sən masa arxasında qonaq kimi deyilsənsə, masanın üzərində yemək kimi ola bilərsən. Avropa Birliyi bu vəziyyətə özünün illərlə etdiyi səhvlər nəticəsində düşüb.

Axar.az xəbər verir ki, bu barədə politoloq Natiq Cəfərli Alyaskada keçiriləcək ABŞ-Rusiya görüşünə Ukrayna, Avropa Birliyi və Böyük Britaniyanın dəvət olunmamasını şərh edərkən deyib.

Onun sözlərinə görə, AB-nin danışıqların subyekti yox, obyektinə çevrilməsi 80 ildir təhlükəsizliyini könüllü şəkildə ABŞ-a təhvil verməsi və hərbi-sursat baxımından asılılığının nəticəsidir:

“AB ölkələrinin Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən bəyanatları doğrudur, amma real güc və əməl olmadıqda bunlar boş söz yığınına çevrilir. Rusiya beynəlxalq hüquqa istinad edərək Şimali Koreyadan minlərlə əsgər gətirə bilirsə, Avropa da Ukrayna ilə eyni hüquqa malik müqavilə bağlayıb rəsmi hərbi yardım göstərə bilərdi. NATO üzvü olmayan Avropa ölkələri vasitəsilə belə addım atmaq mümkün idi, amma qorxaq mövqe üstünlük qazandı”.

Politoloq bildirib ki, Avropa Ukrayna ordusuna maaş və sosial təminat ödəmək kimi alternativ dəstək mexanizmlərindən də istifadə etmədi:

“Ukrayna əsgərlərinə ayda 3000 avro maaş, yaralananlara və həlak olanların ailələrinə yüksək məbləğdə ödənişlər edilə bilərdi. Bu, həm Ukraynanı gücləndirər, həm də Avropanı masaya oturdardı”.

Cəfərli vurğulayıb ki, Alyaska görüşündə ciddi irəliləyiş gözlənilmir, amma Ukrayna üçün daha ağır şərtlər gündəmdə olacaq:

“Bu masanın üzərində qəhrəman Ukrayna xalqı və əsgəri olacaq”.

Tarix
2025.08.14 / 17:11
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - Foto

Yalnız Bakı Ermənistanı Putinin əlindən ala bilər

Bu ölkə ilə münasibətləri nəzərdən keçirdik - Hacıyev

Prezident onları qəbul etdi - Foto

Zakir Həsənov Viktor Xreninlə görüşdü

Bu qanlı toqquşmaların coğrafiyası genişlənir...

Heç kimin qabağında baş əymirik və əyməyəcəyik!

Hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox!

Prezident: Bu, xalqımızın mentalitetinə ziddir!

1968-ci ildə məni ora Heydər Əliyev göndəribmiş - Şeyx

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla