Yuxarı

Kirill Kabanov Bakını işğalla təhdid etdi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Milli Antikorrupsiya Komitəsinin sədri Kirill Kabanov növbəti dəfə Azərbaycana qarşı sərt və təhdid dolu açıqlamalar verib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, o, "Alfa Nyus"a müsahibəsində Moskvanın Bakı ilə münasibətlərinə dair iddialar irəli sürərək, Azərbaycanın “əlverişli an gəldikdə Rusiyaya zərbə vuracağını” söyləyib.

Kabanov iddia edib ki, Azərbaycan heç vaxt Rusiyaya inteqrasiya yolunu seçməyib, əksinə, Türkiyə, Böyük Britaniya və ABŞ-la yaxınlaşmağa üstünlük verib. Onun sözlərinə görə, Bakı “Rusiya ilə dostluqdan danışır, amma eyni zamanda düşmənlərinə yardım göstərir”.

“Azərbaycan məhsulları və sonradan silah-sursat Ukrayna Silahlı Qüvvələrinə göndərilirdi. Bu sirr deyil. Bu gün isə bunu açıq şəkildə etməyə başlayıblar və Ukraynanın tərəfində xal qazanmaq istəyirlər”, – Kabanov bildirib.

Rusiya məmuru Azərbaycan rəhbərliyini Ukrayna Prezidenti Zelenskiyə mənəvi dəstək verməkdə ittiham edib və bunun Rusiyaya qarşı açıq mövqe olduğunu vurğulayıb.

Kabanov Moskvanın atmalı olduğu addımlar barədə də danışıb. O, Azərbaycan diasporunun Rusiyada iqtisadi təsirini azaltmağı, Qafqazda mövqeləri gücləndirməyi və Azərbaycanın “Dağıstana təzyiq ehtimalına hazırlaşmağı” təklif edib.

“Ən önəmlisi odur ki, Azərbaycan heç vaxt Rusiyanın dostu olmayıb, bunu qəbul etməliyik”, – deyə o yekunlaşdırıb.

Kabanovun açıqlamaları təsadüfi deyil. Kreml son aylarda müxtəlif məmurları, deputatları və ekspertləri seçərək, Azərbaycan əleyhinə məqsədli ritorika aparır. Bu çıxışlar əslində Moskvanın informasiya müharibəsinin tərkib hissəsidir.

Kabanov kimi fiqurlar Kremlin “ideoloji ordusu”nu xatırladır – onlar sistemli şəkildə Azərbaycanın imicinə zərbə vurur, ölkəni guya Rusiyaya qarşı planlar qurmaqda ittiham edirlər. Bu, Rusiyanın qonşulara qarşı ənənəvi “təhdid dili”dir.

Son 35 ildə Azərbaycan–Rusiya münasibətlərində kəskin böhranlar yaşansa da, indiki kimi düşmənçilik ritorikası az müşahidə olunub. İndi isə Moskva Azərbaycana açıq şəkildə “işğal ritorikası” ilə səslənir.

Bu yanaşma yalnız Bakıya qarşı deyil – Rusiya eyni sərt və təhdidkar ritorikanı Avropaya, Ukraynaya, hətta bir sıra dost ölkələrə qarşı da nümayiş etdirir. Əslində bu, Kremlin zəifləməsinin, beynəlxalq aləmdə təcridinin göstəricisidir.

Kabanovun açıqlamaları Kremlin Azərbaycana qarşı ideoloji hücumunun növbəti halqasıdır. Rusiyanın “yumşaq güc” dilini itirərək, yalnız təhdid və təhqir üzərindən danışması onu həm regionda, həm də qlobal miqyasda daha çox təklənməyə məhkum edir.

Tarix
2025.08.15 / 00:09
Müəllif
Axar.az
Digər xəbərlər

"Qiyamət günü radiosu"ndan şifrəli mesaj: Yeni müharibə...

Bəxtiyar paşa Azərbaycandan niyə getdi? - Təfərrüat

İranla razılaşdırıldı: Zəngəzur dəhlizi...

Zəngəzur mühüm hissələrdən biri olacaq - Prezident

ABŞ razılaşmalarına qarşı “plan”?.. - Səfirlər tələsdirir

Alyaska görüşü: Masada qəhrəman Ukrayna əsgəri olacaq

Zəngəzurla bağlı ikinci sənəd: Zəmanəti bu ölkə verir...

Ermənilərin Qarabağa qayıtması: İrəvandan açıqlama...

Ordumuz Pakistanda: Qalib hərbçiləri qarşılayın - Video

Müharibə İrana dərs olmadı, İrəvanın işinə qarışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla